CƏMİYYƏT


Ziyil və onun ötürülmə yolları

Bakı, 23 yanvar, AZƏRTAC 

Ziyil hər yaşda təsadüf edilə bilən virus dermatozuna aid xəstəlikdir. Virusun xəstə şəxsdən sağlam insana ötürülməsi üçün üç əsas şərt mövcuddur. Birinci şərt xəstədə virusun yoluxuculuq xüsusiyyətinin yüksək olmasıdır. İkincisi, sağlam insanın immun sisteminin zəifliyi onun yoluxmasına zəmin yaradır. Sonuncu səbəb isə dəri və selikli qişanın zədələnməsidir. Bu şərtlərdən hər hansı biri olmazsa, xəstəlik ötürülə bilməz.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının dosenti, həkim-dermatoveneroloq Elşad Novruzov məlumat verib.

Mütəxəssis bildirib ki, ziyilin müalicəsində onun yerləşməsindən, ölçüsündən asılı olaraq krioterapiya, koter və lazer terapiyadan istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.