Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Zoologiya İnstitutu: uğurlar, problemlər və çağırışlar

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun əsası 1936-cı ildə qoyulub. İndiyədək institutun alimləri dünya elm aləminə təxminən minədək yeni növün, ümumilikdə milli faunamızda olan 30 minədək canlının təsvirini veriblər. Bu nailiyyətləri Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələr kimi dəyərləndirmək olar.

Nəsli kəsilməkdə olan nadir növlərin sayı iki dəfə artıb

Azərbaycan çox nadir, özünəməxsus və zəngin bioloji müxtəlifliyə malikdir. Qafqaz bioloji müxtəlifliyinin 70 faizi Azərbaycanın payına düşür. Dünyanın bir çox bitkilərinə yalnız ölkəmizdə rast gəlinir. Buna Şamaxı tıs-tısını misal çəkmək olar. Bakı çuzqunu dünyada yalnız Abşeronda dəniz sahilinin dar bir zolağında bitir.

AZƏRTAC xəbər verir ki, bunu Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, 1989-cu ildə çap olunan Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın birinci cildinə 107 fauna növü daxil edilib. 2013-cü ildə isə AMEA-nın Zoologiya, Botanika institutlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə səyi ilə işıq üzü görən Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın ikinci cildinə 223 növ daxil edilib. Deməli, 24 il ərzində nəsli kəsilməkdə olan nadir növlərin sayı iki dəfə artıb. Bu, çox təhlükəli haldır. Bioloji və zooloji müxtəlifliyə dair aparılan tədqiqatlar məhz bu baxımdan önəmlidir. ”İndiyədək qeydə alınıb ki, Azərbaycanda məməlilərin 111 növü var. Onlardan bu gün 46-sı Azərbaycanın “Qırmızı kitabı”na düşüb. Turan pələnginin nəsli ölkəmizdə tamamilə kəsilib. Artıq 30-40 ildir ki, biz zolaqlı kaftarı görmürük. Əgər belə davam etsə, bir müddətdən sonra məməlilərin şəkillərini ancaq kitablarda görəcəyik”, - deyə E.Yusifov bildirib.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” müvafiq Sərəncamdan irəli gələn tədbirlərdən bəhs edən E.Yusifov “Azərbaycan Respublikasının Qırmızı kitabı”nın üçüncü cildinə tövsiyələrin verilməsinin də sənəddə əksini tapdığını diqqətə çatdırıb. Artıq Zoologiya İnstitutunun mütəxəssisləri 20 fauna növünü yeni kitaba salmaq niyyətindədirlər. Belə ki, son tədqiqatlar nəticəsində Xəzərin sahilindəki bir sıra quşların sayının kəskin azalması müşahidə olunub. Onların arasında pazdimdiklilər, qara ördəklər dəstəsinə aid quşların sayı xüsusi təhlükəli həddədir. İlk növbədə, bu növlərin ovlanmasının qarşısının alınması, daha sonra isə Azərbaycan Respublikasının “Qırmızı kitabı”na salınması üçün addımlar atılacaq.

Burada saxlanılan 20 milyon dollarlıq ilan zəhəri niyə satılmır?

Azərbaycanda ilan zəhəri istehsalının ən uğurlu dövrü 1980-1989-cu illəri əhatə edir. Həmin dövrdə herpetoloji mərkəz tərəfindən hər il istehsal edilən 3-4 kiloqram quru gürzə zəhərinin satışından yüksək gəlir əldə olunub. Zoologiya İnstitutu həmin təşkilatın varisidir. Hazırda burada 20 kiloqrama yaxın ilan zəhəri plomblanmış şəkildə saxlanılır. Bu 20 kiloqram ilan zəhəri təxminən 20 milyon ABŞ dolları deməkdir. Belə demək mümkünsə, institut bu gün böyük bir sərvətin üstündə oturub. İlan zəhəri institutda xüsusi vakuum şəraitində, mikroampulaların içində qorunur. Bu yaxınlarda, akt əsasında, təxminən 1 milliqram ilan zəhəri analiz üçün xarici şirkətə verilib. Nəticələr çox yaxşı olub. Belə ki, zəhərin öldürücülük təsiri maksimum dərəcədədir, kifayət qədər rəqabətədavamlı bir maldır. “Bizim ilan zəhərinin alıcısı o dövrdə əsasən Estoniya idi. İlan zəhərini oraya xammal kimi göndərirdik, Estoniya isə onu dərman kimi xaricə satırdı. SSRİ dağılandan sonra bu əlaqələr kəsildi. Estoniya ilə əlaqələr yaratmaq istəyəndə isə gec oldu. Estonlar artıq İran və Pakistanla, Şimali Afrika ölkələri ilə əlaqələr qurmuşdular. O bazarı biz itirdik, yenisini tapmaq isə çox çətindir. Bazar tutulub, ora girmək üçün marketinq işləri aparmaq, vəsait xərcləmək, əsas da beynəlxalq sertifikat almaq lazımdır”, - deyə E.Yusifov bildirib.

İnstitutun Ağsu rayonu Musabəyli kəndi ərazisindəki təcrübə bazasında zəhərli ilanların süni şəraitdə saxlanması və yetişdirilməsi üzrə elmi-təcrübi tədqiqatlar aparılır. Hazırda həmin bazada ilanlar saxlanılır. Onların qidalanması üçün vivaridə xüsusi siçanlar yetişdirilir. İlan zəhərinin sertifikatlaşdırılması və istehsalının bərpası istiqamətində tədbirlər də həyata keçirilir. Belə ki, institutun herpetoloq alimləri zəhərli ilanlardan istifadənin innovativ texnologiyasının işlənməsi ilə bağlı layihələr üzərində çalışırlar. İnstitutda, həmçinin ilan zəhəri və digər bioloji aktiv substansiyaların biokimyəvi, toksinoloji və farmakoloji tədqiqi üçün müasir tipli laboratoriyanın yaradılması da nəzərdə tutulur. Belə bir laboratoriyanın yaranması ilan zəhərinin və digər zootoksinlərin tədqiqi sahəsində perspektivlərin reallaşmasına böyük töhfə olacaq.

İnstitutun laboratoriyasında dekorativ balıqlar və tibb zəlisi yetişdirilir

İnstitutun Mingəçevir elmi-təcrübə laboratoriyasının ərazisindəki göllərdə dekorativ balıqlar və tibb zəlisi yetişdirilir. Hazırda “Mingəçevir elmi-təcrübə laboratoriyası ərazisindəki göllərdə yetişdirilən müxtəlif yaşlı çəki, ağ amur və qalınalın balıqlarının morfobioloji, ekoloji, parazitoloji tədqiqi, onların xəstəliklərinin profilaktika və müalicəsinin elmi əsaslarının işlənib hazırlanması”, “Tibb zəlisinin süni yolla çoxaldılma texnologiyasının hazırlanması” mövzuları üzrə tədqiqat işləri aparılır. Bu məqsədlə laboratoriyanın bütün göllərində mart ayından etibarən meliorasiya işlərinə başlanılıb. Göllərdə olan balıqlar ovlanaraq duz məhlulundan və marqansdan keçirilib, çeşidlənib və müvafiq olaraq göllərə paylanılıb.

Tibbi və farmakoloji baxımdan çox qiymətli obyekt olan tibb zəlisinin süni şəraitdə artırılma texnologiyasının hazırlanması institutun fəaliyyət planına daxil edilib. 2017-2020-ci illərdə balıqçılıq təsərrüfatlarına ziyan vuran parazit növlərin tədqiqi, onlara qarşı profilaktik tədbirlərin hazırlanması və s. kimi vacib məsələlərin həlli də qarşıya məqsəd kimi qoyulub. Nəzərdə tutulan bu məsələlərin həlli, şübhəsiz ki, ölkəmizin sosial-iqtisadi proqramlarına dair Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaq.

Şirin su hövzələrində Qafqaz tibb zəlisinin sayı kəskin surətdə azalıb

Son dövrlərdə Qafqaz tibb zəlisi kütləvi surətdə toplandığı üçün nəsli tükənmək üzrədir. Monitorinqlər nəticəsində məlum olub ki, Azərbaycanın şirin su hövzələrində Qafqaz tibb zəlisinin sayı kəskin surətdə azalıb. Bu problemin həlli yolunda institutun əməkdaşları uğurlu elmi-tədqiqat işləri aparıblar. İndiyədək artıq ana zəlilərdən 400-dən çox körpə alınaraq laboratoriya şəraitində bəslənilir. Belə çoxaltma üsulunun bir sıra üstünlükləri var. Təbiətdə zəlilər qış yuxusuna gedir. Qış aylarında onlar çoxalmır. Süni şəraitdə isə optimal rejim yaratmaqla ardıcıl şəkildə onlardan istifadə oluna bilər. Ən vacibi isə odur ki, institut zəmanətli, steril zəlilər təklif edə biləcək.

“Nadir və nəsli kəsilməkdə olan bir sıra canlıların süni şəraitdə çoxaldılaraq təbiətə buraxılması üzərində çalışırıq. Buna Aralıq dənizi tısbağası, Qafqaz qırqovulunu misal çəkə bilərik. Artıq Qafqaz qırqovulunun süni şəraitdə çoxaldılmasının elmi əsasları mütəxəssislərimiz tərəfindən işlənib hazırlanıb. Hazırda institutun vivariumunda 50-dək Qafqaz qırqovulu bəslənilir”, - deyə E.Yusifov əlavə edib.

Tətbiqi zoologiya mərkəzində təsərrüfat əhəmiyyətli  növlərin müasir vəziyyəti öyrənilir

İnstitutun yeni tətbiqi zoologiya mərkəzi yaradılıb. Mərkəzin əsas tədqiqat istiqaməti təsərrüfat əhəmiyyətli növlərin müasir vəziyyətinin öyrənilməsi, zərərvericilərə qarşı inteqrir mübarizə yollarının araşdırılması, bəzi nadir növlərin süni şəraitdə çoxaldılma üsullarının hazırlanmasından ibarətdir. Yeni fəaliyyətə başlamasına baxmayaraq, qısa müddət ərzində mərkəzin əməkdaşları tərəfindən elmi-praktik yönümlü tədqiqat işləri həyata keçirilib və mühüm nəticələr əldə olunub. Mərkəzin əsas hədəflərindən biri də alınmış elmi nəticələri təsərrüfatlarda tətbiq etməklə maliyyə məsələlərində instituta mümkün qədər kömək göstərməkdir. Tətbiqi zoologiya mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov bildirib ki, mərkəzin əməkdaşları respublikada ilk dəfə laboratoriya şəraitində tibb zəlisinin çoxaldılması üçün optimal rejim müəyyənləşdirilib və ana fərdlərdən yeni nəsillər alınıb. Hazırda laboratoriyada yeni alınmış 400-dən artıq körpə zəli bəslənilir. Həmçinin ciddi zərərverici olan pambıq sovkasının aqrosenozlarda müasir vəziyyəti araşdırılıb, onun sayının əsas təbii tənzimləyiciləri olan habrobrakon, trixoqramma və parabüzənlərin laboratoriya şəraitində kütləvi çoxaldılmasının elmi əsasları işlənib hazırlanır. Laboratoriyada mövcud termostatlarda hazırda diapauza vəziyyətində olan entomofaqlar da saxlanılır. Yəqin ki, növbəti illərdə bu entomofaqların aqrosenozlarda tətbiqi həyata keçiriləcək. Eyni istiqamətli tədqiqatlar nar bitkisinin zərərvericiləri və kolorado böcəyinin üzərində də aparılır.

Mərkəzdə tədqiqatların digər bir istiqaməti nadir quşların süni şəraitdə çoxaldılaraq təbiətə buraxılmasından ibarətdir. Bu istiqamət üzrə əməkdaşlar tərəfindən keçən dövr ərzində Zümrüdü və Qafqaz qırqovullarının inkubatordan çıxan balalarının sağlam böyüdülməsi və ölüm faizinin minimuma endirilməsi üçün optimal rejim işlənərək hazırlanıb və yeni nəsillər alınıb. Ötən bir neçə ayda artıq 50-dən çox qırqovul balası alınıb. Mərkəzdə kadr hazırlığına və beynəlxalq əlaqələrə də xüsusi diqqətin göstərildiyini bildirən alim vurğulayıb ki, bu il əməkdaşlardan biri elmlər doktorluğu, ikisi isə fəlsəfə doktorluğu üzrə dissertasiya müdafiə edib. O deyib: “Arı xəstəliklərinin molekulyar analizi metodlarını mənimsəmək məqsədilə əməkdaşlarımızdan biri Türkiyənin Bursa şəhərinə ezam olunub. Bir əməkdaşımızın isə molekulyar genetik metodların öyrənilməsi üçün bu ilin dekabrında Portuqaliyaya ezam olunması razılaşdırılıb. Mərkəz, eyni zamanda, İtaliya, Türkiyə, Hindistan, Əfqanıstan, Rusiya və s. ölkələrin alimləri ilə sıx əməkdaşlıq edir və onlarla elmi-metodik mübadilələr həyata keçirir”.

Fermer təsərrüfatı ilə məşğul olanlar üçün kurslar

İnstitutda quşçuluq, göl balıqçılığı, eləcə də zəlilər və ilanlarla bağlı kurslar təşkil edilib. Fermer təsərrüfatı ilə məşğul olanlar üçün nəzərdə tutulan bu kurslarda institutun alimləri dərs keçirlər. Bu, Zoologiya İnstitutunun daha bir uğurlu təcrübəsi kimi qiymətləndirilə bilər.

Təbii su hövzələrində balıqlar seyrək olduğundan onların arasında xəstəliklər az yayılır. Ancaq süni ekosistemdə balıqlar sıx yaşadığı üçün birinin paraziti o birisinə çox tez keçir. Buna görə göl balıqçılığı ilə məşğul olanlar üçün institutda kurslar yaradılıb ki, onlar xəstəliklərə qarşı mübarizə apara bilsinlər. Artıq “Azərsun Holdinq”in əməkdaşları üçün ilanlarla bağlı təlim keçirilib. Onlar institutun Ağsu təcrübə dayaq məntəqəsində serpentoloji laboratoriyada olublar, gürzələrin tutulmasında və onlardan zəhər alınmasında iştirak ediblər. Bundan əlavə, şirkətin işçiləri Qobustanda təbii şəraitdə ilan tutulması ilə bağlı ekspedisiyada da iştirak ediblər.

Zooloqlar dövlətimizin başçısının qeyri-neft sektorunun inkişafı ilə bağlı çağırışlarına qoşulublar

Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsində Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi uğurları barədə ətraflı məlumat verməklə yanaşı, qeyri-neft sektorunun gücləndirilməsi yollarını açıqlayıb, aidiyyəti qurumları bu tapşırıqların yerinə yetirilməsində fəal iştiraka çağırıb. Zoologiya İnstitutunun əməkdaşları da dövlətimizin başçısının bu çağırışına qoşularaq öz elmi fəaliyyətlərində bir sıra prioritet məsələləri önə çəkiblər. Elmi müəssisədə 2017-2020-ci illər üzrə elmi-tədqiqat planlarına ölkə iqtisadiyyatının əsasını təşkil edən pambıqçılıq təsərrüfatlarına ciddi ziyan vuran pambıq sovkasının populyasiyasının müasir vəziyyətinin aydınlaşdırılması, ona qarşı bioloji agent kimi istifadə edilə biləcək habrobrakon entomofaqının laboratoriya şəraitində artırılıb sahələrə buraxılması texnologiyasının hazırlanması daxil edilib. Xalq təsərrüfatının əsas gəlirli sahələrindən olan nar bitkisinin zərərvericilərinin tədqiqi, onlara qarşı təbii tənzimləyici növlərdən istifadə yollarının araşdırılması da nəzərdə tutulub. Arıçılığın ölkədə genişləndirilməsi və məhsuldarlığının artırılması məqsədilə bal arısının xəstəliklərinin müəyyənləşdirilməsi, buna qarşı profilaktik mübarizə yollarının araşdırılması, bu məqsədlə institutun nəzdində molekulyar-genetik laboratoriyanın yaradılması, müxtəlif diaqnostik metodların mənimsənilməsi üçün xarici elm mərkəzlərinə gənc mütəxəssislərin ezam olunması qarşıda duran vəzifələrdəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib