ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunda Ümummilli Liderə həsr olunan tədbir təşkil edilib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan direktor Elman Yusifov ulu öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin inkişafı üçün gördüyü işlərdən danışıb.

“Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir”, – deyə Elman Yusifov qeyd edib.

Daha sonra institutun əməkdaşları ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti, gənclərə və təhsilə qayğısı haqqında çıxışlar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.