İQTİSADİYYAT


 Beş ayda Gömrük Komitəsi büdcəyə 1,6 milyard manat köçürüb

Bakı, 7 iyun, AZƏRTAC

Yanvar-may aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 1 milyard 662 milyon 20 min manat olub.

Komitədən AZƏRTAC-a bildirilib ki, beş ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 453 milyon 290 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 129 milyon 481 min manat, aksizlər üzrə 62 milyon 146 min manat, yol vergisi üzrə isə 17 milyon 97 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.