İQTİSADİYYAT


“ MƏRKƏZİ AZƏRİ ” PLATFORMASININ YAŞAYIŞ BLOKLARI BAKIYA GƏTİRİLMİŞDİR

“Mərkəzi Azəri” yatağının platforması üçün yaşayış blokunun modulları İsveçdən Bakıya gətirilmişdir və Dərin dəniz özülləri zavodunun yanalma körpüsündə boşaldıldıqdan sonra platformanın göyərtəsi üzərində quraşdırılmaqdadır.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən bildirmişlər ki, bloklar Farmadul Emtunqa AB şirkəti tərəfindən tikilmişdir. Quraşdırma işlərini Farmadul Emtunqa AB MakDermott şirkəti ilə birlikdə görür. Yaşayış blokları yatağın nizamlanması və istismara hazırlanması mərhələsində çalışacaq 300 adam üçün nəzərdə tutulmuşdur və 5 aydan sonra hazır olacaqdır.

“Azəri” layihəsi üzrə vitse-prezident Nill Şounun sözlərinə görə, ölkə daxilində həyata keçirilən işlərə yerli tədarükçülər və subpodratçılar da cəlb olunacaqdır ki, bu da Azərbaycan vətəndaşları üçün əlavə iş yerləri yaradacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.