İQTİSADİYYAT


® “Nar” komandası “Breyn Rinq” üzrə Azərbaycan çempionu olub

“Nar”ın baş sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı və baxımlı intellektual yarışı “Breyn Rinq”in 14-cü mövsümü yekunlaşıb. Mobil operatorun dəstək olduğu “Nar” komandası ilin qalibi adını qazanıb. Belə ki, ölkə intellektuallarının mübarizə apardığı yarışda “Nar” bütün rəqiblərini geridə qoyaraq “Breyn Rinq” üzrə 2019-cu ilin Azərbaycan çempionu tituluna sahib olub. Finalda “Nar” komandası “Bilik” kubokunun sahibi “İçəri şəhər” komandası ilə qarşılaşıb və mübarizədə qalib gəlib. Qeyd edək ki, ötən mövsümkü yarışda “Nar” komandası mobil operator tərəfindən təsis edilmiş “Nar” kubokunun sahibi idi. Qaydalara görə isə mövsümün sonunda “Bilik” kuboku və “Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışır.

Bu mövsüm yarışda 11 universitet və 15 region komandası da daxil olmaqla 34 komanda mübarizə aparıb. İctimai Televiziyada yayımlanan “Breyn Rinq”in 14-cü mövsümü ötən ilin sentyabr ayında başlayıb.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif layihələrə dəstək verir. “Breyn Rinq” bilik müsabiqəsi də bunlardan biridir. Ətraflı məlumatı “nar.az” səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən çox baza stansiyası ilə 2,3 milyondan artıq abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.