İQTİSADİYYAT
® “Ürəklər”inizlə ətraf mühitin qorunmasına dəstək olun
“Kapital Bank” mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir. Bu istiqamətdə olan əsas layihələrdən biri ağacəkmə ilə bağlıdır. Bu dəfə “Birbank” istifadəçiləri həmrəylik göstərərək yeni bir aksiyaya qoşula bilərlər.
Bildiyiniz kimi, 2021-ci il ölkəmizin başçısı tərəfindən “Nizami ili” elan olunub. Həmçinin bu il dahi mütəfəkkirin 880 illik yubileyi qeyd edilib. Bu münasibətlə Gəncədə olan Nizami məqbərəsinin ətrafında 880 ağac əkilir. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən keçirilir. “Birbank” istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini ağacəkməyə “xərcləyə” bilərlər. Belə ki, 2021-ci il sentyabrın 1-dən başlayaraq 50 min “ürəyi” əkiləcək 1 ağaca dəyişmək mümkündür. “Birbank” istifadəçiləri POS-terminal, İnternet və “Birbank” vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər. Üç milyondan artıq istifadəçi tərəfindən yüklənən “Birbank”ın bir sıra üstünlükləri var: rahat qeydiyyat, kredit və “BirKart” sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və sair. Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. “Birbank”da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir.
Ətraflı məlumat üçün “www.birbank.az” saytına müraciət edə bilərsiniz.