İQTİSADİYYAT
® 1874-dən Sizi düşünən bank!
24 iyul ölkənin birinci bankı olan "Kapital Bank"ın yaranması günüdür. Bu münasibətlə "Kapital Bank"ın bütün filiallarında müştərilərə şirniyyat paylanılıb, "Mərkəz" filialında isə bayram ab-havası təşkil edilib, musiqiçilər dəvət olunub. Filiala gələn müştərilərə müxtəlif şirniyyatlar verilib, həmçinin onlar xüsusi stenddə şəkil çəkdiriblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Əmanət Bankının hüquqi varisi olan "Kapital Bank"ın ilk xidmət məntəqəsi 1874-cü ildə Bakıda əmanət kassası kimi yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu.
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra 1919-cu il sentyabrın 30-da Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1919-cu il dekabrın 1-də əmanət kassalarının fəaliyyəti də bərpa edildi. 1920-ci il aprelin 28-də Cümhuriyyətin süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi.
1992-ci il fevralın 11-də bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı. 2000-ci il fevralın 21-də isə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı.
2004-cü il 29 dekabr tarixindən fəaliyyətini "Kapital Bank" adı ilə davam etdirən bank hazırda ölkə üzrə 100-dən artıq xidmət nöqtəsinə, 3 milyondan artıq fiziki şəxsə, 22 mindən artıq hüquqi şəxsə yüksək səviyyədə bank xidməti göstərir.
"Kapital Bank" fəaliyyətinin 144-cü ildönümü münasibətilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirir və yeni uğurlar arzulayır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.