İQTİSADİYYAT
® ABB ilə Finala Qətərdə bax
“ABB Visa” beynəlxalq ödəniş sistemi ilə birgə maraqlı müsabiqəyə start verib.
Müsabiqə bu il Qətərdə keçiriləcək “FİFA Dünya Kuboku – Qətər-2022” - futbol üzrə dünya çempionatında iştirak üçün səyahət paketi və digər hədiyyələr qazandırır. Müsabiqə oktyabrın 1-dən 30-dək davam edəcək və 3 mərhələdən ibarət olacaq. Şərtlərə görə, ilk 2 mərhələdə ABB-nin “Visa kart”ları ilə və NFC sistemi vasitəsilə (mobil telefonla ödəmələr, “ApplePay”, “GooglePay” və sair) ən azı 50 manatlıq təmassız ödəniş etmiş hər müştəri müsabiqə iştirakçısı sayılacaq. Qaliblər əməliyyat saylarının nəticələrinə görə müəyyən olunacaq. Birinci və ikinci mərhələnin hər birinin 50 qalibi (ümumilikdə 100 qalib) olacaq. Onlara bu hədiyyələr veriləcək: 1-ci yer – “FİFA Dünya Kuboku – Qətər-2022” - futbol üzrə dünya çempionatında iştirak üçün 2 nəfərlik səyahət paketi və 100 min mil balansı olan “ABB Miles” kartı; 2-10-cu yerlər – 30 min mil balansı olan “ABB Miles” kartı; 11-50-ci yerlər – balansında 200 manat olan “TamKart”.
“ABB Mobile” tətbiqini indi yüklə, taksit və digər əməliyyatlarını rahatlıqla izlə. Həmçinin Bank əməliyyatlarını vaxt itirmədən bir toxunuşla həll et.