İQTİSADİYYAT


® Ayda 450 manata öz mənzilində Sakin Ol!

Daha çox iş yeri, yüksək maaş, ictimai nəqliyyat və bir çox digər nüanslar iri şəhərlərdə yaşamanın faydalı olduğunu göstərir. Bu imkanlardan yararlanmaq üçün vətəndaşlarımız Bakıya üz tutur.

Lakin, əldə böyük bir büdcə olmadığından, insanlar kirayə mənzil sahibi olmağı üstün tuturlar. Bu isə, heç də o qədər sərfəli və etibarlı bir addım olmur. Bunun səbəbi odur ki, başqasının evində həddən artıq diqqətli olmaq lazım gəlir. Dizaynın növünü və digər istədiyiniz dəyişiklikləri evdə rahat şəkildə edə bilməmək və evdən qovulma riski isə digər səbəblərdir.

Bütün bunları nəzərə alaraq, “Melissa Group” yeni “Sakin Ol!” kampaniyasına start verir. İllərdir əlverişli şərtlərlə rahat mənzil sahibi olmağa imkan yaradan “Melissa Group” yeni kampaniya ilə bu ənənəni qorumağa davam edir.

Kirayə mənzildə qalmaqdan və yeni mənzil axtarmaqdan yorulan vətəndaşlara “Melissa Group” sakin olmağı məsləhət görür. Qonaqlarınızı öz mənzilinizdə fəxrlə qarşılamaq üçün bundan sərfəlisi yoxdur.

Kampaniyadan yararlanan müştərilər yalnız ipoteka ilə deyil, eləcə də yeni başlamış sərfəli daxili kredit imkanından da faydalana biləcəklər. Kampaniya şərtləri isə çox sadədir. Belə ki, ilkin 11 min 500 manat, aylıq cəmi 450 manat ödəyin, 2 otaqlı studio mənzil sizin olsun. Bundan əlavə, xüsusi seçilmiş hazır, tikilməkdə olan, təmirli və təmirsiz 1, 2, 3 otaqlı 50-yə yaxın kampaniya mənzillərindən birinə sahib ola bilərsiniz.

Kampaniyaya daxil olan mənzillərin sayı məhduddur, amma siz yenə də sakin olun. Satış mərkəzinə yaxınlaşaraq mənzilinizi seçin və “Melissa Park”da sakin olun!

Ətraflı məlumatı “*3939”a zəng vurub və ya “www.MelissaGroup.az” saytından əldə edin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.