İQTİSADİYYAT


® Azərbaycanda ilk dəfə banka getmədən videozənglə “BirKart” və nağd pul krediti əldə edin

“Kapital Bank” ölkədə ilk dəfə olaraq zamanın tələbinə uyğun olaraq filiala getmədən videozəng vasitəsilə müştərilərə nağd pul krediti və “BirKart” almaq imkanını təqdim edir. Belə ki, yaşı 18-dən yuxarı və rəsmi gəliri olan hər kəs “www.birkart.az” və “www.kapitalbank.az” saytları, “WhatsApp” (+994 51 250 99 99) və digər onlayn üsullar vasitəsilə nağd pul krediti və ya “BirKart”la bağlı “Kapital Bank”a müraciət edə bilər. Daha sonra bank tərəfindən xüsusi hazırlanmış rəqəmsal platforma üzərindən əlaqə saxlanılaraq nağd pul krediti və ya “BirKart” rəsmiləşməsi prosesi icra olunaraq sənədlər imzalanır. Son mərhələdə müəyyən olunan kredit məbləği karta mədaxil olunur. “BirKart” almaq istəyənlər üçün isə “BirBank” mobil tətbiqində kart aktivləşdirilir və müştəri həmin kartı internet, NFC, QR-kod və digər ödənişlərdə istifadə edə bilər.

Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300–20000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. “BirKart”ın isə 4 növü var – taksit, taksit/cashback, taksit/miles və “Umico”. Ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.