İQTİSADİYYAT


® “Azercell” ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC hər zaman fəaliyyətində sosial layihələrə xüsusi yer ayırır. “Azercell”in dəstəyi ilə 2011-ci il iyun ayının 1-də yaradılan “Mobil Göz Klinikası” bu layihələrdən biridir. Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “MobilGöz Klinikası”nın xidmətlərindən, eyni zamanda, ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır. Bu ilin fevral ayında klinikanın həkimləri Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin 5 saylı Bərpa və Sosioloji Mərkəzinə səfər ediblər. Layihə çərçivəsində 25 uşaq oftalmoloji müayinədən keçib. Ehtiyacı olan şəxslərə lazımi müalicə yazılıb və müvafiq eynəklər təyin edilib.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətə başladığı gündən “Mobil Göz Klinikası” paytaxt Bakı daxil olmaqla Azərbaycanın əksər rayonlarda yerləşən uşaq və ahıllar evlərini, məktəbləri gəzib və 7500-dək şəxsə xidmət göstərib. Məlumat üçün qeyd edək ki, 2018-ci il ərzində “Azercell” “Mobil Göz Klinikası”nda 1368 nəfər müayinədən keçib.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət etmək mümkündür.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi, sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan“Azercell”in şəbəkəsi ölkə ərazisinin 99,1 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres”ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.