İQTİSADİYYAT


® “Bakcell”dən Azərbaycanda növbəti ilk

“Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq ən müasir səs texnologiyasını istifadəyə verib. Bu, “VoLTE” (Voice over LTE) texnologiyasıdır.

“VoLTE” smartfon istifadəçilərini daha sürətli, aydın və kəsintisiz səs xidmətləri ilə təmin edir. Bu ən müasir səs texnologiyası “Bakcell” abunəçiləri üçün əlavə imkanlar da yaradır. Belə ki, bundan sonra eyni vaxtda həm telefonla danışmaq, həm də LTE şəbəkəsində internetdən tam şəkildə yararlanmaq mümkün olacaq. “VoLTE” texnologiyası smartfon batareyasının qənaətlə istifadəsinə də təsir göstərir.

“Bakcell”in VoLTE xidməti işğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla bütün ölkə ərazisində mövcuddur. Şuşada, Cıdır düzündə və Qarabağın digər ərazilərində quraşdırılmış yüksəkkeyfiyyətli LTE şəbəkəsi sayəsində “Bakcell” abunəçiləri bu xidmətdən istifadə edə biləcəklər.

Mobil telefonun “VoLTE” texnologiyasını dəstəkləməsini *303#YES kodunu yığmaqla yoxlamaq olar.

Ətraflı məlumat “volte.bakcell.com” səhifəsində yerləşdirilib.

2021-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə “Ookla®” tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu gün “Bakcell” şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9 faizini, ölkə ərazisinin isə 92,6 faizini əhatə edir.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.