İQTİSADİYYAT
® “BirKart” və “Ürəklər” artıq Şuşada
Ölkənin ən məşhur taksit kartlarından olan "BirKart" Azərbaycanda ilk dəfə olaraq düşmən işğalından azad edilən şəhərdə ilk partnyoru olan "AzCake" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. İstehsal sahəsi və mağazadan ibarət olan "AzCake" Şuşa şəhərində fəaliyyətə başlayan ilk sahibkarlıq subyektidir.
Əməkdaşlıq çərçivəsində qədim Şuşa şəhərimizdə bir neçə gün əvvəl ilk filialını açan "AzCake" mağazasında alış-veriş edən "BirKart" sahibləri məbləği 2 taksitlə ödəyə bilərlər. Bununla da dövlət tərəfindən mülki əhaliyə Şuşaya getmək imkanı yaradılan kimi taksit imkanından yararlanmaq olar.
Həmçinin "BirBank" mobil tətbiqi vasitəsilə 1000 “Ürək” müqabilində pulsuz şirniyyat əldə etmək olar. Bildiyimiz kimi, "BirBank" istifadəçiləri POS-terminal, internet və "BirBank" vasitəsilə ödənişlər edərək “Ürəklər” qismində olan bonuslar qazanırlar və sonra həmin bonusları müxtəlif hədiyyələrə və kuponlara dəyişə bilirlər.
Qeyd edək ki, "BirKart"ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. "BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən başlayan cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. "BirKart"ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
"BirKart" haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, 196 Sorğu mərkəzinə və ya kartın “Facebook” səhifəsinə “www.facebook.com/birkart.az” müraciət edə bilərsiniz. "BirKart" sifarişi üçün, həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar.