İQTİSADİYYAT
® İntellektual oyun izləyərək “Nar”dan hədiyyə qazanmaq imkanı
“Bakutel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan
Ölkənin ən gənc mobil operatoru “Nar” “Bakutel 2019” 25-ci Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edir. Hər zaman müştəriyönümlü addımları və yenilikləri ilə seçilən “Nar” yubiley sərgisində interaktiv stendi ilə ziyarətçiləri qarşılayır.
“Nar” abunəçiləri hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqini yükləməklə müsabiqədə iştirak haqqı qazanırlar. Bütün sərgiboyu keçiriləcək müsabiqənin qalibləri hər günün sonunda elan ediləcək və müasir smartfonla təltif olunacaqlar. Stendin diqqətçəkən xüsusiyyətlərindən biri də “Nar”ın yüksəkkeyfiyyətli şəbəkəsini özündə təcəssüm etdirən maraqlı aktivliklərin təqdim olunmasıdır. Belə ki, hər bir sərgi iştirakçısı xüsusi ayrılmış qapalı zonada virtual reallıq oyunlarını sınaqdan keçirmək şansına malikdir. Bundan başqa, ziyarətçilər həm də 4G şəbəkəsinin sürətini yerindəcə test edə bilərlər.
Mobil operator hər kəsi dekabrın 3-6-da Bakı Ekspo Mərkəzində keçirilən “Bakutel 2019” sərgisindəki “Nar” stendinə dəvət edir.