İQTİSADİYYAT


® “Müştəri Bank Mobile” - biznes üçün yeni mobil bankçılıq tətbiqi

“Kapital Bank” korporativ müştərilər üçün “Müştəri Bank Mobile” mobil bankçılıq tətbiqini istifadəyə verib. Yeni tətbiqlə hüquqi şəxslər və fərdi sahibkarlar bank əməliyyatlarını artıq öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Həm “iOS”, həm də “Android” istifadəçiləri üçün nəzərdə tutulan “Müştəri Bank Mobile” ən son istifadəçi təcrübəsi və dizayn tendensiyaları nəzərə alınaraq yaradılıb.

Yeni tətbiq vasitəsilə hüquqi şəxslər və fərdi sahibkarlar cari hesablar, kartlar, imza gözləyən əməliyyatlar, sərəncamlar, köçürmələr haqqında məlumatlar əldə edə bilərlər. Həmçinin “Müştəri Bank Mobile” ilə əməliyyatları imzalamaq, onlar barədə bildirişlər almaq, müxtəlif köçürmələr yaratmaq və digər əməliyyatlar yerinə yetirmək mümkündür. Tətbiqdən hazırda yalnız “Müştəri Bank”ın desktop versiyasından qeydiyyatdan keçənlər faydalana bilərlər. Tətbiqin funksionallığının yaxın gələcəkdə artırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Müştəri Bank”ın desktop versiyası vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkədaxili və ölkəxarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender) və sair.

“Müştəri Bank” sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, “Müştəri Bank” sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25 faizədək güzəşt əldə etmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.