İQTİSADİYYAT


® Ölkənin ən arzuolunan iş məkanında 1 gün

“Azercell”in təşəbbüsü ilə keçirilən tədbirdə iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar

Fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC iyunun 28-də ilk dəfə olaraq “Azercell”də 1 gün” adlı tədbir təşkil edib. Bununla da, “Azercell” tədbirə qatılan qonaqlara şirkətin iş mühiti ilə yaxından tanış olmaq və IT sahəsinin aparıcı ekspertləri ilə məlumat mübadiləsində iştirak etmək üçün əvəzolunmaz fürsət yaradıb. “Azercell”in IT və “Big Data” departamentlərinin mütəxəssisləri “Data Engineering and Machine Learning” kimi dövrün ən aktual mövzularına toxunaraq öncədən müraciət əsasında seçilən 40-dək qonaq ilə öz zəngin təcrübələrini bölüşdülər və Telekom sahəsinin ən son trendləri haqqında geniş məlumat təqdim ediblər. Tədbirdə iştirak edən müxtəlif şirkət əməkdaşları və ali təhsil müəssisələrinin tələbələri rəqəmsal dünyanın yenilikləri ilə tanış olmaq imkanından da yararlanıblar.

“Azercell Telekom” bundan sonra da müasir gənclərin öz potensial imkanlarını reallaşdırması və peşəkar maraqlarının üzə çıxarılması məqsədilə müxtəlif təşəbbüs və layihələri həyata keçirməyə davam edəcək.

Şirkətin İnsan qaynaqları departamentinin təqdim etdiyi ən son yenilikləri “Azercell” Recruitment Team” “Linkedln” səhifəsindən izləyin.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.