İQTİSADİYYAT


® Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı

Artıq “Azercell”in mobil tətbiqi ilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək mümkündür

Bütün vətəndaşlarımızın ürəyinin Qarabağda döyündüyü indiki dönəmdə hər bir azərbaycanlı rəşadətli Ordumuza yardım etmək arzusu ilə yaşayır. Azərbaycan dövləti tərəfindən Silahlı Qüvvələrin təchizatı yüksək səviyyədə təmin olunsa da, Orduya dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürənlərin sayı durmadan artır. İşindən və peşəsindən, fəaliyyət sahəsindən asılı olmayaraq hər kəs cəbhədə döyüşən qəhrəman əsgərlərimizlə həmrəyliyini nümayiş etdirir.

“Azercell” şirkəti də öz abunəçilərinə Silahlı Qüvvələrə Yardım Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanı yaradır. “Azercell”in “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində fonda vəsait köçürmək mümkündür. Bunun üçün sadəcə “Kabinetim” tətbiqini işə salmaq və “Mobil Ödəmə” bölməsindən “Orduya ianə” əməliyyatını seçməklə ödəmə aparmaq kifayətdir. Mobil tətbiq vasitəsilə ianə etmək üçün kredit kartına ehtiyac yoxdur, nömrə balansında minimum 3 AZN olması yetərlidir. Birdəfəlik maksimal ianə məbləği 50 AZN, aylıq limit isə 500 AZN təşkil edir.

Qeyd edək ki, abunəçilərin gündəlik iş və məişət proseslərini daha rahat etmək və onlara ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə yaradılmış “Kabinetim” mobil tətbiqi müəyyən ödəmələr aparmaqla yanaşı, nömrəyə tam nəzarət etmək imkanını verir. Bu tətbiq balansı nəzarətdə saxlayıb artırmaq, internet paketləri və rouminq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək, eləcə də, məişət və kommunal ödənişlərini həyata keçirmək kimi imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri də odur ki, tətbiqdən istifadə zamanı meqabaytlar xərclənmir.

Həm “iOS”, həm də “Android” əməliyyat sistemlərində çalışan çoxfunksiyalı "Kabinetim” tətbiqini “App Store”, “PlayStore” və ya “Huawei AppGallery”dən ödənişsiz olaraq yükləmək mümkündür. Əgər tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün “bit.ly/Kabinetim” keçidindən istifadə etmək olar.

Xatırladaq ki, “Azercell” şirkətinin özü də ölkəmizin tarixi üçün taleyüklü bu dövrdə Milli Ordumuza dəstəyini əsirgəməyib. Belə ki, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürülüb.

Bundan əlavə, ölkənin əsas rabitə təminatçısı “Azercell Telekom” döyüş bölgəsində olan, informasiya müharibəsində savaşan media təmsilçilərini də unutmayıb. Belə ki, hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına “Azercell” tərəfindən 100 AZN köçürülüb.

“Azercell” şanlı Azərbaycan Ordusunun zəfər yürüşünün böyük və möhtəşəm qələbə ilə başa çatacağına əmindir.

Qarabağ Azərbaycandır!

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz; ölkə ərazisi üzrə əhatə dairəsi 99,2 faiz (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.