İQTİSADİYYAT


® “Rabitəbank” 3 nominasiyada mükafatlandırılıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağında “Bankçılıq Mükafatları - 2019–2020” mükafatının qalibləri müəyyən olunub. ABA-nın üzv təşkilatları, ekspert qrupları və tərəfdaşları tərəfindən “Rabitəbank” 3 nominasiya üzrə qalib adına layiq görülüb.

Qiymətləndirməyə əsasən, “Rabitəbank” “Korporativ sosial məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi” sahələri üzrə ötən illər ərzində əməli addımları ilə fərqlənərək mükafatlandırılıb. 



Ötən il “Rabitəbank” rəqəmsal bankçılıq yolunda daha fəal yeniliklər və məhsullar təqdim etməklə yanaşı sosial, təhsil, maliyyə savadlılığı sahəsində də bir çox faydalı və uğurlu layihələrə imza atıb. Bank müştərilərinə bir çox innovativ ödəniş həlləri təqdim edib:



- plastik kartların ünvana pulsuz çatdırılması;

- “Rabita Mobile” tətbiqi vasitəsilə xarici bank kartlarına pul göndərmənin asanlaşdırılması;

- unikal keşbek kartı “Kartmane” kartı ilə həm ölkədaxili, həm xaricində, həm də onlayn ödənişlərdə keşbek qazanma imkanı.

“Rabitəbank” cari ildə də əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi, aztəminatlı ailələrin özünüməşğulluğunun inkişaf etdirilməsi, təhsil sahələrinin dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirəcək.



“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, “İnternet Bankçılıq” platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.