İQTİSADİYYAT
® “Rabitəbank”dan komissiyasız və sığortasız kredit – illik cəmi 15 faizlə
“Rabitəbank”da Novruz sürprizləri davam edir. Bank bayramqabağı müştərilərin nağd pul ehtiyacını nəzərə alaraq bütün endirim və güzəştləri bir araya gətirib.
Yalnız 4 gün – martın 16-19-da İlaxır çərşənbə münasibətilə “Rabitəbank”da nağd pul kreditini endirimlə 15 faizdən başlayaraq əldə etmək mümkün olacaq. Üstəlik endirimli kredit üçün həm sığorta haqqı, həm də komissiya tətbiq olunmayacaq. Kreditin maksimal məbləği 20 min AZN, müddəti isə maksimum 36 ay təşkil edir.
Nağd pul kreditini növbəsiz və çevik sifariş etmək üçün bankın rəsmi saytında müraciət forması doldura (http://rbt.az/bayram15), “Rabita Mobile” tətbiqi, ya da “RabitaBot” çatbotu vasitəsilə sifariş edə bilərsiniz.
Hər zaman müştərilərinə rahat bankçılıq təcrübəsi yaşadan və onların ehtiyaclarına önəm verən “Rabitəbank” bu fürsətlərlə zəngin kampaniya ilə onların bayramına bayram qatacaq. Kampaniyanın yalnız 4 gün davam edəcəyini nəzərə alaraq bütün fürsətlərdən faydalanmağa tələsin.
Kampaniya haqqında daha ətraflı məlumatı “Rabitəbank”ın “133” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.