İQTİSADİYYAT


® “SOCAR AQŞ” MMC-yə yeni baş direktor təyin edilib

Bakı, 27 oktyabr, AZƏRTAC

“SOCAR AQŞ” MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Ramin İsayev müəssisənin baş direktoru vəzifəsindən azad olunub. Təsisçilərin qərarına əsasən, Samir Mollayev müəssisənin yeni baş direktoru təyin edilib.

Samir Mollayev yeni təyinatından öncə “SOCAR AQŞ”nin səhmdarlarından biri olan “Nobel Oil Services” şirkətlər qrupunda qazma biznesi üzrə baş əməliyyat direktoru vəzifəsində çalışıb. Bu vəzifədə şirkətlər qrupunun qazma biznesinin inkişafı istiqamətində müxtəlif layihələrinin, o cümlədən “Nobel Oil Services” şirkətinin Qazaxıstanda “Evrika Oleum” şirkətinin neft yatağında quyuların qazılması üzrə idarəetmə xidmətləri və digər layihələrin iştirakçısı olub.

Neft-qaz sənayesi üzrə peşəkar karyerasına 2006-cı ildə “Schlumberger” şirkətində quyuların yoxlanılması mühəndisi vəzifəsində başlayan S.Mollayev daha sonra Birləşmiş Krallıqda və Danimarkada baş sahə mühəndisi kimi çalışıb. 2009-cu ildən BP şirkətində “Quyuların qazılması, tamamlanması, test edilməsi, təmiri, geoloji-texniki işlər və quyuların kompleks mühəndislik xidmətləri” komandasının yuxarı rəhbəri vəzifəsində çalışan S. Mollayev 2010-2011-ci illərdə ABŞ-da müxtəlif beynəlxalq layihələrdə uğurla iştirak edərək liderlik bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib.

“SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis olunub. “SOCAR AQŞ” həm Xəzərin Azərbaycan sektorunda, həm də Türkiyədə həyata keçirdiyi qazma əməliyyatlarını uğurla davam etdirir.

Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və “AQŞ” şirkətləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.