İQTİSADİYYAT
® “Starex” şirkəti sifarişləri ödənişsiz sığortalayır
Müştərilərin Türkiyədən sifarişlərlə bağlı problemləri həll olunub
Pandemiya ilə əlaqədar son zamanlar onlayn alış-veriş saytlarından sifarişlər üstünlük təşkil edir. Xarici saytlara marağın artdığı bu dövrdə əhalimizin ən çox üstünlük verdiyi Türkiyə saytlarındakı məhsullardır. Hazırda Türkiyədən sifarişlər daha sərfəli və endirimlidir. İnsanlar evlərindən rahatlıqla istədikləri saytlara daxil olaraq sifarişlərini edə bilirlər. Bu sifarişlər üçün müxtəlif karqo şirkətlərinin xidmətindən istifadə edilir. Lakin ölkə xaricindən edilən sifarişlərdə müştərilərin tez-tez rastlaşdığı problem məhsulların yanlış, qırıq, istifadəyə yararsız göndərilməsindədir.
Karqo şirkətləri isə satıcı firma olmadıqları üçün bu kimi problemlərdə hər hansı bir köməklik göstərə bilmir. Ölkəmizdə fəaliyyət göstərən karqo şirkətlərindən biri olan “Starex” isə bu problem üçün müştərilərə çox yaxşı həll yolu yaradıb. Şirkət ötən həftə elan etdiyi “sığortalı sifariş” xidməti ilə bütün müştərilərinə heç bir əlavə ödəniş olmadan ödənişsiz sığorta xidməti verdiyini elan edib. Ödənişsiz sığorta imkanı “Starex”in “Həvalə et” xidməti ilə olan Türkiyədən edilən bütün sifarişlərə şamil olunur. Bu xidmət hazırda yalnız “Starex” karqo şirkəti tərəfindən təklif olunur.
Müştərilərin sifarişləri yanlış göndərilibsə, ölçüsü, rəngi səhvdirsə, qırıq və ya istifadəyə yararsızdırsa, əskik göndərilibsə müştəriyə heç bir halda zərər dəymir. Müştəri həm çatdırılmaya, həm də sifarişə ödədiyi məbləği təmənnasız geri alır. Sözsüz ki, bu növ şərtlər də müştəriləri daha rahat alış-veriş etməyə sövq edir. Bu xidmətlə bağlı ətraflı məlumatı “starex.az” saytındakı “Türkiyədən sığortalı sifariş” xəbərindən almaq olar.