İQTİSADİYYAT
® "Rabitəbank" Azərbaycanda ilk zəmanətli ipoteka kreditini verdi!
"Rabitəbank" "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu"na kredit zəmanətləri üzrə müvəkkil bank kimi seçildikdən sonra banklar arasında ilk olaraq zəmanətli ipoteka krediti verdi.
İpoteka kreditinin zəmanətli şərtlərindən istifadə etməklə borcalan kreditin maksimal məbləğindən faydalanmaq imkanı əldə edib.
İpoteka kreditlərinə zəmanətlərin verilməsinin əsas məqsədi əhalinin daha böyük təbəqəsinin ipoteka kreditlərinə çıxışını təmin etmək, eyni zamanda, kredit təşkilatlarını ipoteka kreditinin defoltu səbəbi ilə yarana biləcək itkilərdən qorumaqdır. İpoteka krediti üzrə zəmanətin verilməsi potensial borcalana 15 faizədək olan ilkin ödənişlə ipoteka krediti almağa imkan verir.
Zəmanətin verilən adi kreditlər üzrə illik faiz dərəcəsi 7 faiz, güzəştli kreditlər üzrə isə 3,7 faiz təşkil edir.
Zəmanət ilə ipoteka kreditlərinin alınmasına dair daha ətraflı məlumatı www.mcgf.gov.az və www.rabitabank.com internet səhifələrindən əldə etmək olar.
"Rabitəbank" ipoteka kreditləşməsi sahəsində ölkədə lider mövqelərdən birini tutur. İlin əvvəlindən bank tərəfindən 15 milyon manat məbləğində ipoteka krediti verilib ki, bunun nəticəsində 200-dən çox ailə yeni mənzil sahibi olub.
25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 25 xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları barəsində daha ətraflı məlumat əldə etmək üçün www.133.az saytına daxil olmaq və ya bankın 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.