İQTİSADİYYAT
® “Kapital Bank” hərbçilərə zaminsiz nağd pul krediti təklif edir
"Kapital Bank" 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə iyunun 30-dək hərbçilərə güzəştlə kredit kampaniyası təqdim edir.
Aksiya çərçivəsində "Kapital Bank"a müraciət edən güc strukturu əməkdaşları 15 min manatadək krediti zaminsiz ala bilərlər. Şərtlərə əsasən kredit götürənlərə "BirKart" hədiyyə olunur.
Son iş yerində stajı minimum 3 ay olan güc strukturu əməkdaşları "Kapital Bank"dan 300–20 min manat aralığında olan "Gündəlik tələbat krediti"ni 3 aydan 48 ayadək əldə edə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19 faizdən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı: www.kapitalbank.az/loans/cash?hl=az .
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.