Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® “Kapital Bank” rəsmisi: Bu gün istehlak krediti məhsulu üzrə satışlarımızın təxminən 25 faizi onlayn formada həyata keçirilir

®  “Kapital Bank” rəsmisi: Bu gün istehlak krediti məhsulu üzrə satışlarımızın təxminən 25 faizi onlayn formada həyata keçirilir

Artıq bir ildən çoxdur ki, bütün dünyada olduğu kimi ölkəmizdə də pandemiya şəraiti hökm sürür. Pandemiya ilə əlaqədar bir sıra sahələrdə müştərilərin təhlükəsiz və rahat şəraitdə xidmət almalarını təmin etmək məqsədilə onlara adət etdikləri formada bank xidmətlərinin göstərilməsində bir sıra çətinliklər yaranıb. Bu çətinliklərin aradan qaldırılaraq müştərilərə xidmət üçün zəruri dəyişiklikləri təmin etmək isə bankların qarşısında yeni hədəflər qoyur, xüsusən də bankçılıqda yeni dövrə keçidi sürətləndirir. Ölkənin birinci bankı olan "Kapital Bank" bu yeniliklərin həyata keçirilməsində də lider banklardan biri sayılır. "Kapital Bank"ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovdan bu dövr ərzində həyata keçirilən və hazırda üzərində işlənən yeniliklər, istiqamətlər və hədəflər barədə fikirlərini AZƏRTAC-la bölüşüb.

- Ramil müəllim, "Kapital Bank"ın yeni strateji dövrə qədəm qoyması barədə dəfələrlə məlumat verilib. İlk əvvəl növbəti strateji dövrdə əsas məqsədlər və prioritetlər barədə məlumat almaq istərdik.

- Qeyd etdiyiniz kimi, artıq bankımız daha bir strateji dövrü uğurla başa vuraraq yeni strateji planın icrasına başlayıb. Ötən dövr ərzində filialların transformasiyası həyata keçirilərək korporativ standartlara uyğun şərait yaradılıb və müasir tələblərə, müştəri istəklərinə cavab verən, bütün növ bank xidmətlərini operativ şəkildə göstərməyi bacaran, tam universal işçi heyəti formalaşdırılıb. Ümumi olaraq qeyd etmək istərdim ki, yeni strateji planımız kifayət qədər geniş və yüksək hədəflərlə əhatə olunub. Onlayn bank xidmətlərinin tətbiq olunma miqyasını genişləndirmək, müştərilərimizin ehtiyaclarına uyğun olaraq yeni məhsul və xidmətlərimizi onlara təqdim etmək, bunların bilavasitə nəticəsi kimi müştəri məmnuniyyətini yüksəltmək bu strateji dövrdə də prioritet məqsədlərimizdəndir.

- Son zamanlar müştərilərin bank xidmətlərindən onlayn şəkildə - məsafədən yararlanması üçün "Kapital Bank" bir sıra yeniliklərə imza atıb. Əldə edilən göstəricilər nə dərəcədə qənaətbəxşdir?

- "Kapital Bank" müştəri məmnuniyyətini və keyfiyyətli bank xidməti göstərilməsini daim diqqət mərkəzində saxlayaraq, bank sektorunda yeniliklərin tətbiqinə hər zaman önəm verib. İnnovasiyaların tətbiq olunduğu bir dövrdə biz də öz növbəmizdə müştərilərimizi innovativ xidmətlər və yeniliklərlə sevindirməkdə davam edirik. Artıq müştərilərimiz evdən, işdən və yaxud olduğu məkandan ayrılmadan bankımızın bir çox məhsullarından onlayn yararlana bilirlər. Pandemiyanın başladığı dövrdə bazarda ilk olaraq tərəfimizdən müştərilərə nağd pul krediti və "BirKart"dan, həmçinin debet kart kimi qeyri-kredit məhsullarından onlayn şəkildə faydalanma imkanı yaratdıq. Artıq məmnuniyyət hissi ilə deyə bilərik ki, bu gün istehlak krediti məhsulu üzrə satışımızın təxminən 25 faizini müştərilərimiz bankın filiallarına gəlmədən, tam onlayn formada əldə edirlər. Məlumat üçün qeyd edim ki, nağd pul krediti məhsulu onlayn şəkildə rəsmiləşdirildikdən dərhal sonra müştərinin kartına mədaxil edilir və müştəri bankın istənilən bankomatından vəsaiti nağdlaşdıra, həmçinin vəsaitdən nağdsız və ya onlayn ödənişlərində istifadə edə bilir. "BirKart" məhsulunun onlayn satışı zamanı isə kart limiti müştərinin "BirBank" mobil tətbiqində aktivləşir və müştəri rəsmiləşmədən dərhal sonra "BirKart"dan istifadə edə bilir. Həmçinin müştərilərimiz debet kartını da onlayn formada sifarişini həyata keçirə bilirlər. Onlayn formada bank xidmətlərindən yararlanmaq üçün müştərinin internet çıxışını dəstəkləyən mobil telefonunun və yaxud kompüterinin olması kifayət edir. Müştəri kredit üçün müxtəlif kanallar vasitəsilə "Kapital Bank"a müraciətini yönləndirə bilər və bank əməkdaşları tərəfindən dərhal operativ şəkildə onlarla əlaqə saxlanılır. Bu zaman müştərilər filiallarda növbə gözləməyəcəklər və dəyərli vaxtlarına qənaət etmiş olacaqlar. Bunu tətbiq etməklə məhsulların daha əlçatan olmasını, həmçinin xidmət səviyyəsini yüksəltmək kimi önəmli faktorları önə çəkmiş oluruq.

- Onlayn xidmətlərin inkişafı ilə bağlı hansı yeniliklər gözlənilir?

- Bildiyiniz kimi, hazırda ölkə üzrə 2 milyondan artıq müştəri "BirBank" mobil tətbiqinin istifadəçisidir və biz də "BirBank" vasitəsilə onlayn xidmətlər üzrə daim yeniliklər təklif edirik. Qeyd edim ki, xidmətlərin fasiləsiz fəaliyyətini təmin etmək üçün və həmçinin xidmətalma imkanlarının artırılması istiqamətində daim təkmilləşmə işləri həyata keçirilir. Bu istiqamətdə təbii ki, əsas məqsədimiz müştərilərə daha çox məhsullardan faydalanma imkanlarını yaratmaq, xidmətalma prosesini daha da sadələşdirərək vaxt itkisini minimuma endirməkdir. Hazırda əsas məqsədlərimizdən biri də "BirBank" tətbiqi üzərindən müştərinin özü tərəfindən həm kredit, həm də qeyri-kredit məhsullarını (cari hesabın açılması, depozit əməliyyatları və sair) rahat əldə etmə imkanlarını genişləndirməkdir. Belə yeniliklərdən biri "BirBank" mobil tətbiqi və digər onlayn kanallar vasitəsilə "BirKart" taksit kartını dərhal rəsmiləşdirmək funksiyasını yaratmaqdır. Müştərilərimiz, həmçinin əldə etdikləri "BirKart"la dərhal partnyor şəbəkəmizdə olan 10 minlərlə mağazalarda NFC vasitəsilə istədikləri alış-verişi edə biləcəklər. Fiziki olaraq kartı əldə etmək üçün istədikləri an, istədikləri ünvana kuryer xidməti vasitəsilə kart çatdırılması üçün müraciət etmələri kifayət olacaq.

- Ramil müəllim, son zamanlar "Kapital Bank" müştərilərinin müraciətlərində hansı növ məhsullara tələbatın daha çox olduğu nəzərə çarpır?

- Son zamanlar müştərilərimizin müraciətləri sırasında şəxsi mənzil ehtiyaclarının ödənilməsi və yeni mənzil əldə etmək məqsədilə ipoteka kreditlərinə olan tələbatın artdığını qeyd etmək istərdim. Ötən il ərzində bu tələbatın qarşılanması üçün xeyli işlər görülüb və çox yaxşı nəticələr əldə etmişik. Belə ki, "Kapital Bank" bu məqsədlə ipoteka kreditləşməsinin əhatə dairəsini genişləndirib və kreditləşmə həcmini 2019-cu illə müqayisədə 3 dəfə artıraraq 45 milyon manat səviyyəsinə çatdırıb. Ötən il üzrə, həmçinin bank sektorunda ilk dəfə olaraq "Kapital Bank" tərəfindən daxili resurslar hesabına regionlarda güzəştli şərtlərlə ipoteka kreditlərin verilməsinə başlanıb. Qeyd olunan məhsulun regionlarda mənzil bazarının aktivləşməsində dəstəyinin olması, əsas etibarilə sosial müştəri təbəqəsini əhatə etməsi və sərfəli şərtlərinin mövcudluğu müştərilər arasında yüksək marağa səbəb olub. Bu məhsul növü üzrə ötən il ərzində 363 ailə yararlanıb və mənzil sahibi olub. 2020-ci il üzrə digər ipoteka məhsulları üzrə statistik göstəricilərə nəzər salsaq, İpoteka və Kredit Zəmanət Fondu, həmçinin MİDA-nın vəsaiti hesabına 28 milyon manat, daxili resurslar hesabına isə planlaşdırıldığı kimi 10 milyon manat məbləğində ipoteka limiti rəsmiləşdirilib.

- Daxili ipoteka kreditləşməsi üzrə cari ildə müştəriləri hansı yeniliklər gözləyir, bankın bu sahə üzrə planları barədə məlumat verməyinizi xahiş edərdik.

- Əvvəlki illərdə olduğu kimi, bu ildə bankımız İpoteka və Kredit Zəmanət Fondu, həmçinin MİDA-nın vəsaiti hesabına kreditləşməni davam etdirir və cari ilin 3 ayı üzrə 13 milyon manat vəsait müştərilərin mənzil ehtiyaclarının qarşılanmasına yönləndirilib. İpoteka sahəsində qarşımıza qoyduğumuz əsas hədəflərdən biri daxili ipoteka məhsulu üzrə kreditləşmə həcmini 100 milyon manat səviyyəsinə çatdırmaqdır. Qeyd olunan məhsul növü üzrə satışın artırılması və kreditin müştərilər üçün daha əlçatan olması üçün məhsul şərtləri asanlaşdırılıb. Müştərilərimiz üçün sevindirici xəbər olaraq bildirək ki, yeni şərtlərə əsasən artıq onlar bu kredit növünü 10 il deyil, 20 il müddətinədək əldə edə bilərlər. Müddətin artması müştərilərə daha az aylıq ödəniş etməklə, daha böyük məbləğdə kredit əldə etməyə imkanı yaradır. Daxili İpoteka məhsulundan həm rəsmi iş yeri olan şəxslər, həm də biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar yararlana bilərlər. Müştərilərimizin bir daha nəzərinə çatdırmaq istərdim ki, daxili ipoteka kreditinin məbləği 30 min - 250 min manat aralığında dəyişir, illik faiz dərəcəsi isə 10 faizdən başlayaraq müəyyən olunur. Daha bir mühüm yenilik ondan ibarətdir ki, artıq çıxarış sənədi olmayan mənzilləri də bankın daxili ipoteka məhsulu vasitəsilə əldə etmək mümkündür. Yeni şərtlərə əsasən, müştərilər özlərinin və yaxud birinci dərəcəli qohumlarının mülklərini (mənzil, obyekt, qeyri-yaşayış sahəsi və s.) təminat qismində girov qoymaqla, çıxarış sənədi olmayan mənzili daxili ipoteka krediti vasitəsilə əldə edə bilərlər. Bir məlumatı da bildirim ki, daxili ipoteka məhsulu üçün müraciət edən müştərilərin əlavə vaxt itkisinin qarşısını almaq üçün əmlakın qiymətləndirilməsi, sığortalanma və digər proseslərin bank daxilində həyata keçirilməsi və kreditin sürətli şəkildə rəsmiləşdirilməsi üçün əlverişli şərait yaradılıb. Artan ipoteka kreditləşməsi tələbatını ödəmək və müştərilərə operativ xidmət göstərmək məqsədilə "Kapital Bank" tərəfindən ipoteka krediti verən xidmət nöqtələrinin sayı artırılaraq, regionlar üzrə 52, Naxçıvan Muxtar Respublikası üzrə 1, Bakı şəhəri üzrə 6, ümumilikdə isə 59 filiala çatdırılıb. Gələcəkdə yarana biləcək əlavə ehtiyacların ödənilməsi üçün bu sayın daha da artırılması planlaşdırılır. Həmçinin ipoteka kreditləşməsi üzrə müştərilərin müraciətlərinin operativ şəkildə qəbulu, təhlili və cavablandırılması filiallarla yanaşı müxtəlif onlayn kanallar - (+99451) 250 99 99 WhatsApp nömrəsi, 8196 qısa nömrəsi, 196 Məlumat Mərkəzi, bankın rəsmi internet səhifəsi (www.kapitalbank.az/loans) vasitəsilə də həyata keçirilir. Bankımız bu sahədə görüləcək işlər sırasında, həmçinin tikinti sektorunda fəaliyyət göstərən biznes subyektləri ilə əməkdaşlığı da genişləndirməyi planlaşdırır. Məlumat üçün qeyd edə bilərəm ki, mülkiyyət hüququnu təsdiq edən sənəd yəni, çıxarışı olan və eyni zamanda, çıxarışı olmayan mənzil satan tikinti şirkətlərinin "Kapital Bank"la əməkdaşlıq etməsi üçün cəlbedici fürsətlər mövcuddur. Hər kəsə məlumdur ki, tikinti sektorunda fəaliyyət göstərən biznes subyektlərinin təklif etdiyi mənzillərin daha tez satılmasının əsas amili kreditləşmədir. Belə ki, satışa çıxarılan mənzillərin tikinti şirkətinin daxili krediti hesabına deyil, ipoteka krediti hesabına tam dəyərinin ödənilməsi onlara nağd pul dövriyyəsinin axınını təmin edir. Bu da öz növbəsində, həmin şirkətlərə yeni yatırım üçün likvid vəsait formalaşdırılmasını yaradaraq, tikinti prosesini sürətləndirmələrinə və bizneslərini genişləndirmələrinə imkan yaradır. "Kapital Bank" ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği 500 min manatadək artırıla bilər. Qeyd etmək istərdim ki, hazırda bu yanaşma ilə 30-dan çox tikinti şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlanılıb. "Kapital Bank" ipoteka istiqamətində də işi genişləndirməkdə maraqlıdır və tikinti şirkətləri ilə birgə əməkdaşlıq sayəsində müştərilərimizin mənzilə olan tələbatlarını ödəmək üçün sərfəli təkliflər təqdim ediləcək.

- Ölkənin ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" cari ildə başqa hansı yenilikləri müştərilərə təqdim edəcək?

- Son bir il ərzində dünyada və ölkəmizdə mövcud olan pandemiya şəraiti real sektora öz təsirini göstərdi. Pandemiyadan zərərçəkən sahələrə ötən il ərzində dövlət tərəfindən xeyli sayda dəstəkləyici layihələr həyata keçirilib və hazırda da davam etməkdədir. Biz də, "Kapital Bank" olaraq 2021-ci il ərzində mikro biznes subyektlərinə müxtəlif çeşidli bank məhsullarının təqdim edilməsini strateji inkişaf planımıza əlavə etmişik. Bilirik ki, real sektor ölkə iqtisadiyyatının onurğa sütunudur. Real sektorun digər iştirakçılarından fərqli olaraq mikro biznes subyektləri müxtəlif növ bank xidmətlərinə, xüsusən də maliyyə resurslarına daha çox ehtiyac duyan bir seqmenti təşkil edir. Postpandemiya dövründə onların maliyyə resurslarına daha çox ehtiyaclarının olacağını nəzərə alaraq yeni mikro kredit məhsulumuzun hazırlanıb və tezliklə satışı planlaşdırılır.

- Mikro biznes subyektlərinə hansı bank xidmətlərini göstərməyi planlaşdırırsınız?

- İstənilən bank məhsulu hazırlanarkən və ya təkmilləşdirilərkən potensial müştərilər arasında sorğunun keçirilməsi və müştərilərin istəklərinin nəzərə alınması komandamızda artıq bir vərdişə çevrilib. Mikro kredit məhsulumuz da eyni inkişaf mərhələsini keçir. Müştəri araşdırmaları onu göstərir ki, mikro biznes subyektlərinin ehtiyac duyduqları bank məhsulları arasında kreditlər prioritet təşkil edir. Bu səbəbdən hazırda mikro kredit məhsulumuzun daha əlçatan, təhlil modelinin daha sürətli olması, kredit məhsullarının onlayn kanallar vasitəsilə əldə edilməsi, rahat geri ödəniş şərtlərinin mövcudluğunu nəzərdən keçiririk. Təqdim edəcəyimiz məhsul rəqabətə dayanıqlı olmaqla yanaşı, həm də müştərilərimizin istəklərini özündə cəmləyəcək. İndidən onu deyə bilərəm ki, sahibkar hesabı "Kapital Bank"da olan mikro biznes subyektləri heç bir təminat, o cümlədən zamin təqdim etmədən, əlavə təhlillər olmadan, dərhal yerindəcə kredit ala biləcəklər. Lakin təqdim olunacaq bank xidmətləri yalnız kredit məhsulları ilə məhdudlaşmır. O cümlədən mikro biznes subyektlərinə bank hesablarının açılması, biznes kartların verilməsi, hesabların onlayn idarə edilməsi üçün mobil tətbiq, POS-terminallar, overdraftlar da müştərilərə təqdim ediləcək məhsullar sırasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb