Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

Aprelin 23-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyəti”nin və “Abbott” şirkətinin birgə təşkilatçılığı ilə "Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Ceyhun Məmmədov konfransı açaraq iştirakçıları salamlayıb və bildirib ki, ölkə təbabəti üçün aktual mövzuya həsr edilmiş bugünkü tədbirdə həm təcrübəli həkimlər, həm də həkim-rezident və tələbələr iştirak edirlər.

Ceyhun Məmmədov deyib: “Hər il dünyada 1 milyon 400 mindən çox nəfər viruslu hepatitlərə görə həyatını itirir. 290 milyondan artıq xəstə hepatitlərdən əziyyət çəkir, bunlardan təxminən 250 milyonu hepatit B-nin, 40 milyonu isə hepatit C-nin payına düşür. Təəssüf ki, cəmiyyətimizdə bəzən insanlar viruslu hepatit diaqnozu qoyulanda özlərini narahat hiss etsələr də, bunu gizlətməyə çalışırlar. Halbuki, bu gün hepatit B-yə qarşı çox effektiv profilaktika – peyvənd mövcuddur, hepatit B və C-nin müalicəsi də məlumdur, sağalması mümkündür”.

İdarə rəisi Azərbaycanda bu xəstəliklərlə bağlı müxtəlif istiqamətlərdə aparılan işlərə toxunaraq, Səhiyyə Nazirliyinin nəzdində yaradılmış və viruslu hepatitlərdən əziyyət çəkən xəstələrə yardım göstərən, onları dərmanlarla təmin edən xüsusi komissiyanın fəaliyyətini qeyd edib: “Konfransın mövzusu Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə də sıx bağlıdır, çünki hospitalın orqan transplantasiyası şöbəsində canlı donorlardan qaraciyər və böyrək transplantasiyası əməliyyatları həyata keçirilir. Məlumdur ki, ən ağır qaraciyər xəstələri üçün orqan köçürülməsi bəzən son ümid və yeganə çıxış yoludur. Sevindirici haldır ki, keçən ildən qaraciyər transplantasiyası İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil edilib və hazırda bizim hospitalda tam ödənişsiz aparılır”.

Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, Əməkdar həkim Rəşad Mahmudov çıxış edərək deyib: “Bu gün biz bir tibb müəssisəsi olaraq qürurla deyə bilərik ki, Mərkəzi Gömrük Hospitalı son mərhələ qaraciyər xəstəliyi və hepatitlərin müalicəsində mühüm uğurlar qazanıb. Hospitalın orqan transplantasiyası şöbəsində ən ağır psixoloji durumda olan xəstələrin və onların ailələrinin sosial tərəfdən idarə olunması prosesi tənzimlənir, artıq hospitalda orqan köçürülməsi əməliyyatları İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində uğurla icra edilir. Mərkəzi Gömrük Hospitalının yüksək qiymətə layiq olan bu təcrübələrinin digər tibb müəssisələri ilə paylaşılması çox mühüm əhəmiyyət daşıyır və bu iş hazırda genişlənməkdədir. Hospitalın əməkdaşları bu sahədəki təcrübələrini digər müəssisələrin həkimləri ilə də bölüşürlər”.

Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, ümumi cərrah, transplantoloq Mircəlal Kazımi tədbir iştirakçılarına uğurlar arzulayıb və konfransın nəticələrinin onu həm canlı, həm də onlayn izləyən həmkarları üçün faydalı olacağına əminliyini ifadə edib.

Elmi konfransda yüksəkixtisaslı mütəxəssislər viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər, qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri, hepatorenal sindrom, qaraciyər transplantasiyası və transplantasiyadan sonrakı infeksiyalar barədə təqdimatlar edib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi “Son mərhələ qaraciyər yetməzliyi: qaraciyər transplantasiyası”, Efferent terapiya şöbəsinin rəisi, həkim-nefroloq Mirmənsim Məmmədov “Hepatorenal sindrom” və həkim-infeksionist Mədinə Abdullayeva “Qaraciyər transplantasiyası sonrası infeksiyalar”, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, həkim-hepatoloq Gülnarə Ağayeva “Viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər” və MedEra hospitalının həkim-infeksionisti Azər Nağıyev “Qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri” mövzusunda çıxış ediblər.

Konfrans əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçirilib. Elmi konfransda pediatr, ümumi cərrah, uşaq cərrahı, terapevt, nefroloq, qastroenteroloq və infeksionist ixtisasına malik həkim və rezidentlər iştirak ediblər. Konfrans 4 DTT balı ilə qiymətləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanja ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsinin proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür