İQTİSADİYYAT
® Mr.Fix beynəlxalq inşaat sərgisində geniş məhsul çeşidləri ilə çıxış edir
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 23-26-dək Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan” sərgisində “Kartaş LTD” MMC-yə məxsus Mr.Fix tikinti kimyəviləri hər il olduğu kimi bu il də fəal iştirak edir.
AZƏRTAC xəbər verir ki, stenddə nümayiş olunan bitum əsaslı su izolyasiya materialları (Bitufix), Polyboard istilik izolyasiya sistemləri, beton qatqıları, kafel və keramika yapışdırıcıları, dərz dolğuları, dekorativ və digər suvaq məhsulları sərgi ziyarətçilərində xüsusi maraq oyadır.
Mr.Fix Bakı Ekspo Mərkəzdə hər zamankı yerində (B 1046 saylı stend) ziyarətçilərini qəbul edir. Yüzlərlə mütəxəssisin ziyarət etdiyi Mr.Fix stendində məhsul qruplarına özəl tətbiq lövhələri təkcə nəzəri deyil, həm də praktik məlumatlar təqdim edir. Stendi ziyarət edənlər yeni və mövcud məhsullar haqqında məlumatlar alır, qarşılıqlı əməkdaşlıq, iş və təcrübə imkanlarını müzakirə edir. Sərgidə inşaat sektorundan müxtəlif peşə sahibləri Mr.Fix məhsulları ilə maraqlanaraq qarşılıqlı təcrübə və fikir mübadiləsi aparır.
Mr.Fix markası 15 ildir ki, “Doğru seçim, doğru nəticə” devizi altında yerli inşaat bazarının qabaqcıl istehsalçısıdır. Mr.Fix 200-dən çox çeşiddə tikinti kimyəviləri ilə müştərilərin xidmətindədir. Texnoloji yenilikləri daima izləyən, tədqiqat və inkişaf fəaliyyətlərini fasiləsiz olaraq davam etdirən şirkət, yüksək keyfiyyətli tikinti materiallarını istehsal edir. ISO 9001 keyfiyyəti idarəetmə sistemi, AZS və Avropa standartlarına uyğun olaraq istehsal edilən məhsullar etibar edilən və ən çox üstünlük verilən məhsullardandır.