REGİONLAR
® “Nar” Qusarın Ləzə kəndini 4G şəbəkəsi ilə təmin edib
Azərbaycanın bütün regionlarını yüksəkkeyfiyyətli və sürətli internetlə təmin edən “Nar” ucqar kəndlərdə belə 4G şəbəkəsini genişləndirir.
Mobil operator bu dəfə dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Qusarın Ləzə kəndini 3G/4G şəbəkəsi ilə təmin edib. Qeyd edək ki, bu, Ləzə kəndində quraşdırılmış ilk 3G/4G baza stansiyasıdır. İndi Ləzə kəndində yaşayan sakinlər, eləcə də kəndə gələn turistlər “Nar”ın yüksəksürətli internetindən yararlana biləcəklər.
“Nar” interneti bütün ölkə əhalisi üçün əlçatan etmək məqsədilə Bakı və Abşeron yarımadası ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də baza stansiyalarının sayını daim artırır. Bölgələrə xüsusi diqqəti ilə seçilən “Nar” hazırda 54 regionu 4G şəbəkəsi ilə təmin edib. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir.
Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 92 faizini, ölkə ərazisinin isə 74,3 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.