İQTİSADİYYAT
® “Rabitəbank” müştərilərinə 24/7 bütün bank məhsulları ilə birgə xidmət göstərəcək
“Rabitəbank” dekabrın 31-dən yanvarın 7-dək qeyri-iş günlərində 24/7 filialında bütün xidmət və məhsulları ilə müştərilərinə xidmət göstərəcək.
Müştərilər valyuta mübadiləsi ilə yanaşı, sürətli pulköçürmələri və pul əldə edə bilər, eyni zamanda, filialın saxlanc otaqlarından istifadə edə bilərlər.
Bayram günləri müştərilər “Kartmane” kartını və paypass stikerləri sifariş verə və əldə edə, həmçinin 16 faiz ilə bayram kampaniyasından yararlanaraq 15 min AZN-dək nağd pul krediti ala biləcəklər.
Qeyd edək ki, çoxlu sayda üstünlüklərə malik və unikal “Kartmane” kartını, bankın rəsmi saytı olan “www.rabitabank.com”dan, “Rabitəbank” mobil tətbiqindən və yaxud “Telegram” və “Facebook” üzərindən “RabitaBot” vasitəsilə həyata keçirə bilərlər.
“Rabitəbank” 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil tətbiqi və İnternet Bankinq, “RabitəBot” adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.