REGİONLAR
® “Rabitəbank” regionlarda kənd təsərrüfatına dəstək verir
“Rabitəbank” regionlarda kənd təsərrüfatına dəstək istiqamətində sahibkarlarla görüşlərinə start verib.
“Rabitəbank” “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində regionlarda sahibkarlarla görüşlərinə başlayıb. Belə ki, Azərbaycanın qərb bölgəsi olaraq ilk ünvan Gəncə şəhəri seçilib. Baş tutan tədbirdə 100-dən çox sahibkar, dövlət rəsmiləri iştirak edib.
“Rabitəbank”ın əməkdaşları tərəfindən layihə barədə ətraflı məlumat verilib və sahibkarlar üçün yaradılan güzəştli kredit haqqında geniş bəhs olunub. Həmçinin tədbir çərçivəsində sahibkarların sualları cavablandırılıb və təklifləri dinlənilib.
Qeyd edək ki, “Rabitəbank” Dünya Bankı, Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin birgə icra etdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi”nin aqrobiznesə maliyyə xidmətləri komponenti üzrə iştirakçı maliyyə qurumu kimi seçilib. Layihənin əsas məqsədi kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına dəstək vermək, seçilmiş məhsullar üzrə dəyər zəncirlərinin təkmilləşdirilməsindən ibarətdir.
Ölkənin ilk müstəqil banklarından olan “Rabitəbank” 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 “qaynar xətti”nə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.