Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

AZƏRBAYCANIN SƏNƏTKARLARI
İsmayıl Babayev: Papaqlar qədimdən qeyrət rəmzi olub

Bakı, 18 iyun, Səbinə Mütəllim-zadə, AZƏRTAC

AZƏRTAC Azərbaycanın sənətkarları haqqında məqalələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasından papaq ustası İsmayıl Babayevdir.

İsmayıl Babayev artıq 35 ildir papaqçılıqla məşğuldur. Həmsöhbətimizin sözlərinə görə, o, gözünü açandan ailədə bu sənətə həvəsin olduğunu görüb.

“Atam və babam papaqçı olublar və 100 ilə yaxındır ki, bizim ailədə bu peşə nəsildən-nəslə ötürülür”, - deyə usta bəhs edir.

İsmayıl hesab edir ki, bu peşənin sahibi səbirli olmalıdir. Sadə papaq tikmək üçün 3-4 saat vaxt lazımdır, amma dərinin üzərində naxışları bir yerə yığmaq üçün çox vaxt lazım olur.

“Heç bir peşə çətin deyil, əsas – istəkdir, - deyə usta qeyd edir. - İstəyi olan insan üçün hər peşə asandır. İstək və səbir lazımdır”.

Həmsöhbətimiz deyir ki, o, bu işdə işlədiyi vaxtdan - 1988-ci ildə Naxçıvanda milli papaqlar çox az tikilirdi, papaq işinə baxanlar da az idi.

“O vaxt sadə şapka və kepka tikilirdi, - deyə usta xatırlayır. - 1990-cı illərdən bəri, müstəqillik bərqərar olandan sonra millətimiz bir az bu papağa maraq göstərdi. Demək olar ki, 4-5 il insanlarımız milli papaqlarımızdan istifadə etdilər. Sonra yenə də təzədən köhnə formaya qayıdıldı və onlar yaddan çıxdı”.

Regionda papaqçılıqla bağlı xüsusiyyətlərdən danışan İsmayıl “O olmasın, bu olsun” filmini xatırlayır.

“Yadınızdadır, Məşədi İbad papağı başına qoyanda deyir: “Belə qoysam Şamaxı lotusuna oxşayacağam, belə qoysam Gəncə qumarbazına və sair” – deyə həmsöhbətimiz gülümsəyir. - O vaxt kişilər papaq qoyanda belə bir dəb var idi. Hər bir regionun öz papaq qoyma forması var idi. Naxçıvanlıların bir papaq qoyuluşu forması var idi, gəncəlilərin digər qoyuluş forması, şamaxılıların – başqa cür”, - deyə usta bəhs edir. - Demək olar ki, bir naxçıvanlı Bakıya gedəndə və ya gəncəli Bakıya gələndə onu papaq qoyuluşu ilə seçirdilər. Regionlarımızın hər birində eyni formada papaq qoyulmur. Papağı bir az dik, azacıq qaşın üztündən qoyurlar, bir az da əyri olur. Hər bir rayon papağı həmin formada qoyurdu. Qıraqdan başqa bir rayona gedəndə onu papağından seçirdilər ki, kim hansı rayondan gəlib, hansı rayonun adamıdır. Danışıqsız, görkəmlə seçilirdi insanlar”.

Həmsöhbətimiz, papaqların çeşidlərinin zamanla necə dəyişdiyini, bu formaya gəlib çıxdığını da qeyd edib.

“Azərbaycanda əvvəlki papaqlarla indikilər arasında çox fərq var, - deyə usta bəhs edir. - Papağın formaları da, çəkiləri də dəyişib, əvvəlki papaqlar 800 qram, indikilər isə 300 qram olur. Bu, keçmişdəki filmlərdən də yaxşı görünür”.

İsmayıl müəllim deyir ki, papaqların tikilişi üçün üç dəridən istifadə olunur: qaragül, sür və əntiq dəri.

“O vaxtlar deyirdilər ki, varlılar, imkanlılar ancaq əntiq dəridən istifadə edirdilər. Əntiq “əntiqə” sözündən əmələ gəlir, tərcümədə çox gözəl deməkdir, - deyə usta izah edir. - Bu, ən gözəl dəri idi. Sür orta vəziyyət, qaragül də bir az aşağı səviyyəlidir. Bu formada papaqlar rənglərinə görə də istifadə edilib: qara papaq deyək ki, yas mərasimlərinə, ya da gümüşü və qəhvəyi toy mərasimlərinə qoyulurdu. Varlı papaqları olubdur, kasıb papaqları. Mən onlardan əvvəllər tikirdim, biz çıxırdıq tədbirlərə, deyək ki, 5-6 il bundan əvvəl belə şeylər tikilirdi. İndi onlar da tikilmir, tədbirə də çıxmırıq. İndi alıcısı da yoxdur o qədər, istifadəsi də”.

İsmayıl müəllimin sözlərinə görə, əcnəbilərin Azərbaycan papaqlarına marağı çox olur. Eyni zamanda, həmsöhbətimiz çox təəssüflə qeyd edir ki, indiki vaxtda gənclərin bu peşəyə marağı o qədər çox deyil, bu sənət tükənmək üzrədir. O, qədim adət-ənənələrimizin qorunub saxlanmasının nə dərəcədə vacib olduğunu vurğulayır.

“Papaqlar qədimdən qeyrət rəmzi olub, - deyə usta bəhs edir. - Keçmişdə kişilər papaqsız cəmiyyət içinə çıxmazdı. Amma indi papaq qoyanların sayı azdır. Son 20 ildə papaqların istifadəsi kəskin şəkildə azalıb. Qədim papaqlar sadəcə konsertlərdə, tədbirlərdə və rəqqaslar tərəfindən istifadə olunur. Belə davam etsə, bu sənət 10-15 ilə qalmaz, istifadə edən yaşlı kişilər vəfat etdikcə, qədim papaqdan istifadə olunmur. Sənəti qoruyub saxlamaq üçün təbliğata ehtiyac var. Biz qədim adət-ənənələrimizi qoruyub saxlamalıyıq və bu, çox vacibdir!” – deyə usta vurğulayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

FHN: Dənizdə batan şəxsin axtarışı davam etdirilir

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Gəncədə bir şəxsin qəsdən öldürülməsi, digər şəxsin isə xəsarət alması faktına görə cinayət işi başlanıb

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ermənistanda insan alverinə qarşı mübarizə tədbirləri minimum standartlara belə cavab vermir

“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Varşavada qeyd olunub

Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb

Azərbaycan gəncləri UNEP-in rəhbəri ilə müzakirələr aparıb

Nazir müavini: Azərbaycan Ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir

Şəkidə güclü külək əsib, infrastruktura ciddi ziyan dəyib

“By Youth For Youth” Beynəlxalq Forumu öz işini yekunlaşdırıb

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Şahmat üzrə oğlanlar və qızlar arasında ölkə çempionatının qalibləri müəyyənləşib

Abşeron rayonunda 26 İyun –Silahlı Qüvvələr Günü qeyd edilib

“Qəbələ” daha bir futbolçu ilə güclənib

Silahlı Qüvvələr Günündə Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub

Beyləqana dolu yağıb VİDEO

Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar VİDEO

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək

® BVLGARI Luvr muzeyində sərgilənəcək “Torloniya Mərmərləri” sərgisinin əsas sponsorudur

Faktiki hava: Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27 metrə çatır

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

Sumqayıt ayparaçılarının yeni sədri seçilib

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir VİDEO

ADAU-da “Məzun günü” keçirilib VİDEO

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb VİDEO

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib VİDEO

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb