Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib
Stokholm, 17 iyun, AZƏRTAC
Avropa Parlamenti Aİ ölkələrində aviasərnişinlərin hüquqlarını genişləndirəcək yeni qaydalarla bağlı razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, təşəbbüsə əsasən, gələn ildən etibarən sərnişinlər kiçik çanta və ya bel çantasını təyyarənin salonuna ödənişsiz götürə biləcəklər. Bundan başqa, əl yükü ilə birgə biletin qiyməti artıq bronlaşdırmanın ilkin mərhələsində göstərilməlidir. Həmçinin aviaşirkətlər sərnişinlərə reyslərin gecikməsi və ya ləğv edilməsi ilə bağlı kompensasiyaların ödənilməsi qaydası haqqında daha aydın məlumat təqdim etməyə borclu olacaqlar. Yeni qaydalara əsasən, aviadaşıyıcılar 14 yaşadək uşağın onu müşayiət edən böyük şəxslə yanaşı əyləşdirilməsinə görə əlavə ödəniş tələb edə bilməyəcəklər.
Avropa Parlamentinin sədri Roberta Metsola bəyan edib ki, bu razılaşma həm sərnişinlər, həm də aviaşirkətlər üçün şəffaflığı artıracaq. Bununla yanaşı, “Airlines for Europe” assosiasiyası xəbərdarlıq edib ki, yeniliklər aviabiletlərin qiymətlərinin bahalaşmasına səbəb ola bilər.
Dəyişikliklər artıq istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların dəstəyini qazanıb. Həmin təşkilatlar hesab edirlər ki, bu yeniliklər kompensasiya alınması prosedurunu sadələşdirəcək və Avropada səyahət edənlərin hüquqlarının müdafiəsini gücləndirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]