Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir
Bakı, 16 iyun, AZƏRTAC
Nigeriya əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Ölkə İslam İnkişaf Bankı Qrupu ilə sıx əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bunu Nigeriyanın büdcə və iqtisadi planlaşdırma naziri Abubakar Atiku Bagudu İslam İnkişaf Bankı (İİB) qrupunun 51-ci illik toplantıları çərçivəsində keçirilən "Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat" tədbirində çıxışı zamanı deyib.
Nazir bildirib ki, dayanıqlı regional inteqrasiyanın təmin olunması istiqamətində bir sıra prioritet sahələr müəyyənləşdirilib.
“Bu baxımdan innovasiyalar, süni intellekt və rəqəmsal inkişaf vasitəsilə rəqabət qabiliyyətliliyin artırılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, infrastrukturun modernləşdirilməsi, insan kapitalının inkişafı və yeni texnologiyaların tətbiqi iqtisadi artımın əsas hərəkətverici qüvvələri hesab olunur. Regional və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi ticarət əlaqələrinin genişlənməsinə və investisiya axınlarının artmasına şərait yaradır. Nigeriya halal iqtisadiyyat çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir” - deyə nigeriyalı nazir qeyd edib.
Foto - İlkin Cavanşirov