Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
Ağcabədi, 16 iyun, AZƏRTAC
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Nazir müavini bildirib ki, yaxın dövrdə Aqrar Subsidiya Şurasının iclasında konkret subsidiya məbləğləri müəyyən ediləcək. İribuynuzlu heyvanlarda süd məhsuluna subsidiya nəzərdə tutulur. Həmçinin Dövlət Proqramı çərçivəsində ixtisaslaşmış təsərrüfat modelinə qoşulmuş təsərrüfatlarda müəyyən tələblər gözlənilməklə kəsimxanalarda kəsilmiş ətin subsidiyalaşması nəzərdə tutulur. Dəri məhsulunun da emala və dəyəryaranma prosesinə cəlb olunma prosesini təşviq etmək üçün dəritoplama məntəqələrinin avadanlıqlarına güzəşt tətbiqi, həmçinin dərinin özünə müəyyən məhsul subsidiyası verilməsi planlaşdırılır.
Müxbir – Tahir Ağaməmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:42]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:24]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO
- 07.08.2026 [21:15]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [20:41]
Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:30]