Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası üzrə cinayət işi açılıb
Paris, 17 iyun, AZƏRTAC
Fransada 2022-ci il parlament seçkiləri zamanı seçki kampaniyası dövründə dövlət vəsaitini mənimsənilməsi ilə əlaqədar Respublikaçılar partiyasının sədri Erik Siottiyə qarşı Nitsada istintaq işi açılıb.
AZƏRTAC xəbər verir ki, bu, Respublikaçılar partiyasının sədrinə qarşı 2022-ci ildən bəri açılan artıq üçüncü istintaq işidir. İstintaq Antikorrupsiya Assosiasiyasının hesabatından sonra mayın 31-da açılıb.
Dövlət vəsaitinin mənimsənilməsinə dair məlumat 2022-ci ildə Alp-Maritim seçki dairəsindən olan Antikorrupsiya Assosiasiyasının referenti tərəfindən verilib. Sənaye və ticarət palatasına Nitsa limanında verilmiş pulsuz parkinq kartlarından sui-istifadə edildiyi bildirilir. Assosiasiyanın hesabatında qeyd edilir ki, partiya sədri E. Siottinin qohumları və yaxınları ən azı 8 belə kartdan yararlanıb.
Xatırladaq ki, 2022-ci ilin noyabrında Milli Maliyyə Prokurorluğu Siottinin keçmiş həyat yoldaşı Karolin Manyenin icra etdiyi işlərlə bağlı dövlət vəsaitinin mənimsənilməsinə dair istintaqa başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]
Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək
- 16.06.2026 [11:47]
Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər
- 16.06.2026 [11:45]
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]