İQTİSADİYYAT


"AtaBank" ASC "Caucasian Motofest" beynəlxalq festivalının rəsmi sponsoru oldu

Bakı, 3 sentyabr (AZƏRTAC). “AtaBank” ASC Şəkidə Qafqazda ilk dəfə dünyanın bir çox ölkələrindən qatılan baykerlərin iştirak etdikləri “Caucasian Motofest” beynəlxalq festivalının rəsmi sponsoru oldu.

Bütün festival ərzində ASC-nin səyyar bankomatı “AtaMatik” Şəkinin tarixi memarlıq abidəsi olan Aşağı Karvansarayın qarşısında dayanaraq iştirakçılara, azarkeşlərə, nümayəndələrə və bütün qonaqlara müxtəlif növ bank əməliyyatlarından istifadə etmək imkanı yaradıb. “AtaMatik” səyyar bankomatının göstərdiyi xidmət sayəsində hər kəs plastik kart vasitəsilə nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilib.

Motofestivalda ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran və s. ölkələrdən baykerlər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.