İQTİSADİYYAT
"Azərbaycan Beynəlxalq Bankı"ndan zaminsiz, komissiyasız, endirimli nağd pul krediti kampaniyası
Bakı, 18 oktyabr, AZƏRTAC
Müasir dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı" (ABB) 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə yeni kredit kampaniyasına start verib.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ABB-nin bütün əməkhaqqı və pensiya kart sahibləri bu kampaniya çərçivəsində nağd pul kreditini bankdan güzəştli şərtlərlə ala bilərlər.
Kampaniyanın özəllikləri: kreditin məbləği - 15.000 manatadək, kreditin müddəti - 36 ayadək, illik faiz dərəcəsi – 2 faiz endirimlə / 25 faizdən başlayaraq, kredit 5000 manata qədər olduqda – zaminsiz, kreditin rəsmiləşdirilməsi komissiyasız.
Kampaniya oktyabrın 18-dən 20-dək keçərlidir.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini "Azərbaycan Beynəlxalq Bankı"nın bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.
"Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi facebook səhifəsindən əldə etmək olar.