İQTİSADİYYAT
"BOKT Embafinans"ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Bakı Fond Birjasında (BFB) "BOKT Embafinans" MMC-nin 2 milyon AZN həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hər birinin nominal dəyəri 1000 AZN olan 2000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazların bir qiymətli hərrac üsulu ilə ticarəti təşkil olunacaq. İstiqrazların faiz dərəcəsi illik 10,5 faiz olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər bir təqvim ayından bir ödəniləcək.
İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının veb-səhifəsində "Listinqdə olan şirkətlər" bölməsindən əldə etmək olar. İstiqrazların yerləşdirilməsi üzrə anderrayter "AzFinance İŞ" QSC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.