"EYOF 2019": Qızlar arasında 5000 metr məsafəyə idman gəzişi yarışında Estoniya təmsilçisi çempion olub
AzerTAg.az
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da "EYOF 2019"un atletika yarışlarının beşinci günündə qızlar arasında 5000 metr məsafəyə idman gəzişi və oğlanlar arasında nüvəitələmə növü üzrə qaliblərin adlarına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, qızların 5000 metr məsafəyə idman gəzişi yarışında Estoniya təmsilçisi Yekaterina Mirotvortseva (22,26 dəqiqə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belaruslu Lizaveta Hrişkeviç (23,33 dəqiqə) gümüş, ispaniyalı Alisiya Lumbreras isə bürünc medala sahib olublar.
Atletika üzrə oğlanlar arasında nüvəitələmə yarışında kosovolu Muhamet Ramadani 19,75 metr nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 18,83 metr nəticə ilə rusiyalı Semen Boradayev layiq görülüb. Bürünc medalın sahibi isə İsveç atleti Yasper Ahlin (18,71 m) olub.




Xəbərin mətnində orfoqrafik səhv var