REGİONLAR


"Gənc Aqronomlar Məktəbi" layihəsinə start verilib

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Aqrar İnkişaf Könüllüləri"nin təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə "Gənc Aqronomlar Məktəbi" layihəsi başlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən görüşdə aqronomların peşəkarlığının daha da artırılmasından və bu sahədə perspektivlərdən danışılıb.

Layihə rəhbəri Valeh Əsədov çıxış edərək aqrar siyasətdə gənclərin rolundan bəhs edib. O, tədbir iştirakçılarına bu sahədə dünyada tətbiq olunan innovativ metodları barədə məlumat verib.

Daha sonra təlimçi Onur Yusubov “Aqrar sahəyə göstərilən dövlət qayğısı” mövzusunda interaktiv təlim keçib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, müsahibə mərhələsindən keçərək "uğurlu iştirakçı" statusu qazanmış 40 gənc 4 gün müddətində müxtəlif mövzular üzrə təlimlərə cəlb ediləcək. Layihənin növbəti mərhələsində layihə iştirakçıları Göygöl rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə səfər edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.