CƏMİYYƏT


"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində növbəti tədbir keçirilib

Bakı, 1 aprel, AZƏRTAC

"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" şüarı ilə keçirilən aksiya çərçivəsində Xəzər dənizinin Bakı şəhəri, Lənkəran və Siyəzən rayonları akvatoriyasından və Baş Şirvan Kollektorundan 975 metr uzunluğunda 29 ədəd sintetik tor yığışdırılıb.

Ekologiya və Təbii Sərvərlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirlik ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsini möhkəmləndirmək məqsədilə hər kəsi bu aksiyaya qoşulmağa çağırır.

Qeyd edilib ki, vətəndaşlar su hövzələrində rast gəldikləri sintetik torlar barədə nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, eləcə də, teleqram qrupuna (https://t.me/+tb9ED95-my9iOTIy) dəqiq koordinatlar göstərilməklə məlumat verərək aksiyaya dəstək ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.