İQTİSADİYYAT
"Kapital Bank" "Birincilərin oyunu" müsabiqəsinin qaliblərini mükafatlandırıb
Bakı, 29 sentyabr, AZƏRTAC
"Kapital Bank" "BirKart"ın facebook səhifəsində keçirdiyi "Birincilərin oyunu" müsabiqəsinin qaliblərini mükafatlandırıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, 4 həftə davam edən müsabiqə ərzində "iPhone 6S", "Play Station 4", "Smart Wheel" və "Nikon D52002 fotoaparatı sahiblərini tapıb.
Qeyd edək ki, "BirKart" özündə kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını birləşdirir. "BirKart" rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. "Visa Classic", "Visa Gold" və "Visa Platinum" əsasında olan "BirKart" 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 min manatadək ola bilər. Kartdan nağdsız xərclənən məbləği 40 günədək faizsiz güzəşt müddəti ilə bankın tərəfdaş şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar.
"BirKart" haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət etmək olar.