İDMAN


"Qaradağ Lökbatan" Premyer Liqaya vəsiqəni təmin edib

Bakı, 12 aprel, Nicat Məmmədov, AZƏRTAC

“Qaradağ Lökbatan” futbol klubu Azərbaycan Birinci Divizionunda sona 5 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.

AZƏRTAC xəbər verir ki, bu, XII turun ilk oyun günündə qeydə alınmış nəticələrdən sonra müəyyənləşib.

Rafael Əmirbəyovun baş məşqçisi olduğu kollektiv səfərdə MOİK üzərində 5:0 hesablı qələbə sayəsində xallarının sayını 47-yə çatdırıb. Hazırda Lökbatan təmsilçisinə yalnız 34 xalla ikinci sırada olan “Şamaxı-2” çata bilər. Lakin bu komanda "Şamaxı"nın əvəzedicisi olduğu üçün Premyer Liqada iştirak edə bilməz.

Qeyd edək ki, "Qaradağ Lökbatan"ın vəsiqə qazanması heç də gələn mövsüm Premyer Liqada iştirak edəcəyi anlamına gəlmir. Bundan ötrü AFFA-nın Lisenziyalaşdırma Komissiyasının qərarı da lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.