MƏDƏNİYYƏT


"Red Hot Chili Peppers” rok qrupu Misir ehramları qarşısında konsert verib

Bakı, 16 mart, AZƏRTAC 

“Red Hot Chili Peppers” (RHCP) rok qrupu martın 16-da Cizə yaylasında, Xeops, Xefren və Mikerinin ehramları qarşısında konsert verib. AZƏRTAC xəbər verir ki, konsert qrupun rəsmi saytında yayımlanıb.

Bu, RHCP-in ikiillik dünya turnesi çərçivəsində sonuncu konserti olub. Qrup ikisaatlıq konsert ərzində 21 kompozisiya, o cümlədən "Can't Stop”, “Snow”, “Californication” və “Give It Away” kimi məşhur kompozisiyaları ifa edib.

“Red Hot Chili Peppers” öz tarixi ərzində Afrika qitəsində ikinci dəfə çıxış edib. Rok ifaçıları 2013-cü ildə Cənubi Afrika Respublikasında iki konsert veriblər.

RHCP dünyanın ən populyar və kommersiya baxımından ən müvəffəqiyyətli qruplarından biridir. Qrup yeddi dəfə “Grammy” mükafatına layiq görülüb, dünyada onun albomlarının 80 milyondan çox nüsxəsi satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.