REGİONLAR


"Rəsm və əl işləri" müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Masallı, 21 may, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 14-29 yaşlı gənclər arasında “Evdə qal, evdə yarat” devizi ilə keçirilən onlayn “Rəsm və əl işləri” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Rəsm” müsabiqəsi üzrə birinci yerə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdi Valid Ağayev, ikinci yerə Masallı Dövlət Regional Kollecinin tələbəsi Xumar Qurbanova, üçüncü yerə Ərkivan qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Məmmədov layiq görülüblər.

“Əl İşləri” müsabiqəsində isə Qəzvinoba kənd ümumi orta məktəbin şagirdi Sevgül Abbasova, Tüklə kənd tam orta məktəbinin şagirdləri Fatimə Şabanova və Nurel Ağayeva fərqləniblər.

Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.