İDMAN


"Tokio-2020" Yay Olimpiya Oyunlarının ilk qızıl medalını Çin idmançısı qazanıb

Bakı, 24 iyul, AZƏRTAC

"Tokio-2020" Yay Olimpiya Oyunlarının ilk qızıl medalını Çin idmançısı qazanıb.

AZƏRTAC xəbər verir ki, qadınlar arasında 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında çinli Qian Yang 251,8 xalla bütün rəqiblərini qabaqlayaraq Olimpiya çempionu olub.

Beynəlxalq Olimpiya Komitəsinin komandasının üzvü, rusiyalı Anastasiya Qalaşina gümüş, İsveçrə atıcısı Nina Kristen isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Q.Yang bu nəticə ilə yeni Olimpiya rekordu müəyyənləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.