ELM VƏ TƏHSİL


"Vikipediya”nın xarici dil bölmələrində Füzuli Beynəlxalq Hava Limanı və Alxanlı faciəsi haqqında məqalələr yaradılıb

Bakı, 18 sentyabr, AZƏRTAC

“Vikipediya”nın xarici dil bölməsində fəaliyyət göstərmək daim diqqət mərkəzində olmalıdır. Çünki xaricilər ölkəmiz haqqında istənilən informasiyanı əldə etmək üçün “Vikipediya”ya müraciət edirlər. Onlayn ensiklopediyada bu məlumatlar zəngin olmalıdır ki, ölkəmiz haqqında dolğun və etibarlı informasiya əldə etmək mümkün olsun.

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, son bir neçə ayda “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri və klubun eksperti Ayxan Zayıdzadə tərəfindən müxtəlif dillərdə məqalələrin yaradılması prosesi davam etdirilir. Belə ki, könüllülər tərəfindən onlayn ensiklopediyada Füzuli Beynəlxalq Hava Limanı haqqında ispan, portuqal, macar, Alxanlı faciəsi haqqında isə serb və macar dillərində məqalələr yaradılıb. Bundan əlavə, "Vikipediya"nın müxtəlif xarici dil bölmələrində III Aleksandrın Bakıya səfəri, Zəngəzur qəzası, Səngəçal karvansarası (ingilis), Aşağı məhəllə sinaqoqu, Yuxarı məhəllə sinaqoqu (rus), Zəngəzur qəzası (özbək), Qiyaslı məscidi (ispan), ilk diaspor təşkilatlarımızdan olan Dünya Azərbaycanlıları Konqresi (türk, özbək, ispan, xorvat, fransız) haqqında məqalələr yaradılaraq onlayn ensiklopediyada yerləşdirilib.

Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.