CƏMİYYƏT


"Yay məktəbi"nin iştirakçıları şəhid Çingiz Qurbanovun məzarını və Şeyx Cüneyd türbəsini ziyarət ediblər

Bak, 21 avqust, AZƏRTAC

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri Qusar rayonunda təşkil edilmiş "Yay məktəbi"nin üçüncü günündə Milli Qəhrəman Çingiz Qurbanovun məzarını və Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsini ziyarət ediblər.

Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib.

Xatırladaq ki, avqustun 19-23-ü tarixlərini əhatə edən yay düşərgəsi çərçivəsində könüllülər avqustun 20-də Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olub, dağ yəhudilərinin yığcam şəkildə yaşadığı Qırmızı qəsəbəni ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.