İDMAN
"Zirə" komandası "Differdange" klubuna qalib gəlib YENİLƏNİB
Bakı, 29 iyun, AZƏRTAC
Görüş başa çatıb. "Zirə" komandası 2:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu 1 həftə sonra Lüksemburqda keçiriləcək.
22:41
"Zirə" komandası hesab arasındakı fərqi artırıb. Belə ki, matçın 80-ci dəqiqəsində Kervan Belfor ikinci topu rəqib qapısından keçirib.
21:24
"Zirə" komandası oyunda hesabı açıb. Görüşün 22-ci dəqiqəsində Bakı təmsilçisinin heyətində Riçard Qadze fərqlənib.
21:00
Bakının "Zirə" futbol klubu UEFA Avropa Liqasında debüt edir.
AZƏRTAC xəbər verir ki, turnirin birinci təsnifat mərhələsində "Zirə" "Dalğa Arena"da Lüksemburqun "Differdange" komandası ilə qarşılaşır.
Matçı qazaxıstanlı hakim Daniyar Saxi idarə edir. Ona həmyerliləri Yuriy Tixonyuk və Alibek Aubakirov kömək edirlər. Dördüncü hakim funksiyasını Marat İskakov yerinə yetirir.
Qarşılaşmanın UEFA nümayəndəsi türkiyəli Cem Cenk, hakim-inspektoru isə İqor Satkidir (Moldova).