CƏMİYYƏT
"Azərişıq" borcu olan abonentlərə xəbərdarlıq edib
Bakı, 26 avqust, AZƏRTAC
"Azərişıq" ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 28-də saat 12-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma"sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından belə hallara yol vermiş şəxslər barədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun "Azərişıq" tərəfindən ciddi tədbirlər görüləcək.
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə edilmiş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.